Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə də sıx əməkdaşlıq edir - AÇIQLAMA
"Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğızıstana işgüzar səfəri kifayət qədər önəm daşıyır. Bilirsiniz ki, hazırda dünyada köklü geosiyasi dəyişmə prosesi gedir. Bu proseslər fonunda müxtəlif beynəlxalq təşkilatlar daha güclü mövqelərə sahib olurlar. Son zamanlar güclənən və sıralarını genişləndirməkdə olan Şanxay Əməkdaşlıq Təşkilatı da bu qəbildəndir".
Bunu Sonxeber.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
O, bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə də sıx əməkdaşlıq edir:
"Təşkilatda Çin, Rusiya, Pakistan və s. kimi böyük dövlətlərin təmsil olunması, eyni zamanda Azərbaycanın da təmsil olunduğu dialoq tərəfdaşı ölkələri sırasında Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və s. böyük potensiala sahib ölkələrin yer alması ŞƏT-in perspektivləri barədə aydın təsəvvür yaradır. Ona görə də dövlət başçısının ŞƏT-in toplantısına qatılması əhəmiyyətli hadisədir. Təbii ki, Prezident İlham Əliyev səfər çərçivəsində ikitərəfli görüşlər də keçirir. Dövlət başçısının Ermənistan baş naziri və Qazaxıstan prezidenti ilə görüşü və nəzərdə tutulan digər görüşlər səfərin məhsuldar xarakter daşıdığını göstərir".
Ekspert bildirib ki, ŞƏT-in toplantısının Qırğızıstanda baş tutması Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafı üçün növbəti müzakirələrin aparılması fürsəti də yaradır:
"İki qardaş ölkə arasında münasibətlərin inkişafı nəzərəçarpacaq səviyyədədir və bu nəticənin əldə olunmasında Azərbaycan Prezidentinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, Azərbaycan və Qırğızıstan prezidentləri tərəfindən çoxsaylı qarşılıqlı rəsmi və işgüzar səfərlər baş tutub. Və bütün səfərlər zamanı iki ölkə arasında münasibətlərin inkişafına təkan verən razılaşmalar əldə olunub. İki ölkə arasında 120-yə yaxın sənədin imzalanması münasibətlərin inkişafındakı dinamikadan xəbər verir".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 263 Tarix: 01 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident San Marinonun regent kapitanlarına məktub göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev San Marino Respublikasının Regent Kapitanları Aliçe Minaya və Vladimiro Selvaya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınız
3 sentyabr"Azərbaycan regional aktordan qlobal oyunçuya çevrilib" - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Qırğız Respublikasında keçirilən tədbirlərində iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın iştirakı ilə əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilat
1 sentyabrİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətini
2 sentyabr18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
İsveçin Gevle şəhərində keçiriləcək bələdiyyə seçkilərində ən yaşlı və ən gənc namizəd diqqət çəkib. İsveçin SVT telekanalına istinadən xəbər verir ki, "Yaşıllar" Partiyasının 95 yaşlı nümayəndəsi Ken Kubulenso və "Mötədillər"dən namizəd olan 18 yaşlı Rihad Ələkbərov Gevle bələdiyy
7 sentyabr"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA
"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat
1 sentyabrHəkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırılıb. "Qafqazinfo"nun məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməs
2 sentyabr