YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidir

YENİ KƏŞF: Bu planetin cənubu şimalından 400 dərəcə daha istidirAparılan son araşdırmalar nəticəsində Marsın (Qırmızı planetin) cənub yarımkürəsindəki dağlıq ərazilərin altında yerləşən mantiyanın şimal bölgəsinə nisbətən 200-400 dərəcə daha isti olduğu müəyyən edilib.

BAKU.WS xəbər verir ki, "Nature" jurnalında dərc olunan bu elmi sensasiya Marsın dərinliklərində nəhəng istilik qeyri-bərabərliyinin (termal asimmetriya) olduğunu göstərib.

Tədqiqatçılar bunu Marsın daxili quruluşunu öyrənmək üçün illərdir planetin orbitində fəaliyyət göstərən "Mars Global Surveyor", "Mars Odyssey" və "Mars Reconnaissance Orbiter" aparatlarının topladığı məlumatlar əsasənda müəyyən ediblər.

Kosmik gəmilərin sürətindəki kiçik dəyişikliklər əsasında planetin cazibə sahəsinin dəqiq xəritəsi tərtib olunub.

Daha sonra "qabarma-çəkilmə tomoqrafiyası" üsulu ilə Marsın Günəşin cazibə qüvvəsinə verdiyi mövsümi reaksiyalar araşdırılıb.

Analizlər göstərib ki, planet mantiyasının mexaniki bərkliyi şimal və cənub yarımkürələri arasında 20 faizdən çox fərqlənir.

Cənubdakı süxurların daha yumşaq olması məhz həmin zonanın xeyli isti olmasına işarə edir.

Kaliforniya Texnologiya İnstitutunun mütəxəssisləri hətta cənub mantiyasının bəzi hissələrinin yarımərimiş vəziyyətdə ola biləcəyini istisna etmirlər.

Tədqiqata Arizona Universitetindən olan alim Aleksandr Bern rəhbərlik edib.

Bu mühüm kəşf eyni zamanda Marsın cənubunda müşahidə olunan güclü maqnit anomaliyalarını və NASA-nın "InSight" aparatının bölgədə qeydə aldığı qəribə seysmik aktivlikləri izah etməyə imkan verəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 414   Tarix: 01 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı

Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə

10 sentyabr
.

Moldova daha bir MDB müqaviləsindən çıxıb

Moldova hökuməti 25 noyabr 2005-ci ildə MDB çərçivəsində imzalanmış İnsan, Orqan və İnsan Toxumalarının Alverinə Qarşı Mübarizə üzrə Əməkdaşlıq Sazişini ləğv edib. xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin saytında yayımlanan iclasda qəbul edilib. "Hazırda insan alverinə qarşı mübariz

9 sentyabr
.

ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

İranın "M/T Kylo" neft tankeri ABŞ-ın ötən gün endirdiyi raket zərbəsindən sonra Oman körfəzində batıb. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "ABŞ hərbçilərinin dəqiqliyi və peşəkarlığı sayəsind

6 sentyabr
.

Bütün dövrlərin stil ikonası seçildi - Kimləri geridə qoydu? (SİYAHI)

Mərhum Britaniya şahzadəsi Diana yenidən ən nüfuzlu stil ikonlarının reytinqinə başçılıq edir. Ölümündən təxminən 30 il sonra o, Merilin Monro, Odri Hepbern, Beyons və digər əfsanəvi qadınları geridə qoyaraq modaya təsirinin hələ də azalmadığını nümayiş etdirib. Qaynarinfo xəbər verir ki, "Dail

7 sentyabr
.

Yaxın günlərdə maqnit qasırğası gözlənilir - Tarixlər açıqlandı

Yaxın günlərdə Yer kürəsində geomaqnit aktivliyin artacağı və zəif, eləcə də orta səviyyəli maqnit qasırğalarının baş verəcəyi gözlənilir. Qaynarinfo xəbər verir ki, Britaniya Geoloji Xidməti sentyabrın 5-6-da Günəşdə baş verən bir neçə tac kütləsi atılmasının yaxın günlərdə Yerə təsir göstərə biləcəyin

8 sentyabr
.

2026-cı ilin avqustu dünyanın ən isti ayı oldu

Avqustda qlobal orta hava temperaturu əvvəlki illərdən normasından 1,65C yüksək olub. Bununla da Avropa 2003-cü ildə müəyyən edilmiş yay temperatur rekordunu qırıb. "Euronews"a istinadən xəbər verir ki, Avropa iqlim rəsədxanası olan Kopernik tərəfindən dərc edilən məlumatlara görə, avqust ə

10 sentyabr
.

Nyu-Delhidə bina çöküb, ölənlər var

Nyu-Delhidə (Hindistan) kollec və universitetlərin yaxınlığında yerləşən bina çöküb, azı altı nəfər ölüb. "Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nyu-Delhinin baş naziri Rexa Qupta bildirib. "Binanın zirzəmisində su yığılıb. Davam edən təmir işləri nəticəsində suyu

7 sentyabr
.

Nemo nöqtəsi: Yerin ən ucqar yeri haradır?

Cənub Sakit okeanında qurudan o qədər uzaq bir ərazi var ki, bəzən buraya ən yaxın insanlar Yer orbitində olan Beynəlxalq Kosmik Stansiyanın (BKS) astronavtları olur. Qaynarinfo xəbər verir ki, söhbət məşhur Nemo nöqtəsindən - okeanın əlçatmazlıq qütbündən gedir. "Mirror"un yazdığına görə

7 sentyabr
.

Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi

"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək"​. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış

10 sentyabr