İlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTO

İlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

"Xoş gəlmisiniz. Bilirəm ki, səfəriniz yekunlaşır. Siz Azərbaycana çox vacib səfər edirsiniz. Əminəm ki, səfəriniz çox uğurlu idi. Bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək. Ümid edirəm ki, siz ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız. Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik.

Bildiyiniz kimi, aprel ayından etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir.

Biz Çin şirkətlərində Azərbaycanda fəaliyyət göstərmək üçün böyük marağın olduğunu görməyə çox şadıq. Aprel ayından etibarən ölkələrimiz arasında fasiləsiz qarşılıqlı gediş-gəliş var. Çin şirkətləri həm investor, həm də podratçı qismində Azərbaycanda layihələrdə fəal iştirak edirlər. Bir çox vacib layihələr artıq icra olunub, lakin bir çoxları da icra mərhələsindədir.

Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən "ŞƏT plyus" formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur.

Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərdən əsas oyunçudur.

Biz sizin birbaşa məsul olduğunuz sahədə əməkdaşlıq və güclü tərəfdaşlıq üçün böyük potensial görürük. Mən şadam ki, həmkarlarınızla danışıqlar aparmaq, ölkə ilə tanış olmaq və Azərbaycanı daha yaxından tanımaq üçün burada bir neçə gün keçirəcəksiniz.

Nəhayət sonuncu məsələ dostluğun və qarşılıqlı etimadın əlaməti ilə bağlıdır. Bu da hər iki ölkəyə səfərlər üçün viza tələbinin aradan qaldırılmasıdır. İndi bizim vətəndaşlar hər hansı bir viza tələbi olmadan səyahət edə bilərlər. Bu da dostluğun çox mühüm əlamətidir. Sizə ən xoş arzularımı çatdırır, ölkənizə sağ-salamat qayıtmağınızı arzulayıram".

Sonra Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq çıxış edərək deyib:

"Zati-aliləri, cənab Prezident İlham Əliyev.

Mən Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn prokurorlardan ibarət Çin nümayəndə heyətinə rəhbərlik edirəm. Baş prokuror Kamran Əliyev bizim prokurorluq orqanları ilə mübadiləyə və əməkdaşlığa çox böyük önəm verir, dostluğu və əməkdaşlığı gücləndirmək üçün hər iki prokurorluq orqanlarını güclü təşviq edir.

Bu səfərdə mən Azərbaycana gələn nümayəndə heyətinə rəhbərlik edirəm. Bu, iki lider arasında hərtərəfli strateji tərəfdaşlığın təşviqi məqsədilə mühüm ortaq anlaşmanı həyata keçirmək və iki ölkənin prokurorluq orqanları, məhkəmə sistemləri arasında əməkdaşlığı gücləndirmək üçün atılan konkret addımdır.

İki gün əvvəl mən Milli Məclisin sədri Sahibə Qafarova, Baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdüm. Görüşlərimiz çox məhsuldar oldu. "ŞƏT plyus" formatında keçirilən tədbirdə iştirakınızdan sonra məni və nümayəndə heyətimi qəbul etmək üçün dəyərli vaxtınızı ayırmağınız məni məmnun edir. Mən buna görə Sizə prokurorluq orqanları adından və öz adımdan səmimi minnətdarlığımı ifadə etmək istəyirəm.

Səfərdən əvvəl Sədr Si Cinpinə Azərbaycana səfər çərçivəsində nümayəndə heyətimizin tərəfinizdən qəbul olunacağı barədə məruzə etdim. Sədr Si Cinpin səmimi salamlarını və arzularını Sizə çatdırmağımı məndən xahiş etdi.

Cənab Prezident, Çin və Azərbaycan səmimi dostlar, bərabərhüquqlu tərəfdaşlar və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq quran ölkələrdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin möhkəm təməlini qoyub. İki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra hər iki ölkə qarşılıqlı hörmət, ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə, həmçinin qarşılıqlı faydaya əsaslanan münasibətlərə sadiq qalaraq, dərin dostluğun və qarşılıqlı etimadın formalaşmasına nail olub".

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş edib.
İlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTOİlham Əliyev Çinin baş prokurorunu qəbul edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 333   Tarix: 02 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Azərbaycanın Avrasiyadakı siyasi və iqtisadi mövqeləri güclənir" - AÇIQLAMA

Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının yubiley sammiti Avrasiyanın diplomatik xəritəsində mühüm mərhələyə çevrilərək, Azərbaycanın regiondakı geostrateji mövqelərinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Təşkilatın 25 illiyinə həsr olunmuş bu mötəbər forumda Prezident İlham Əliyevin iştirak

1 sentyabr
.

"Azərbaycanın Avrasiyadakı rolu artmaqdadır" - AÇIQLAMA

25 illik yubileyi ərəfəsində Şanxay Əməkdaşlıq Təşkilatının hansı istiqamətdə inkişaf etdiyi yenidən dünya siyasətinin gündəminə gəlir. Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus və Mərkəzi Asiya dövlətlərini birləşdirən təşkilat yarandığı dövrdə əsasən sərhəd təhlükəsizliyi platforması kimi fəaliyyə

1 sentyabr
.

"Bişkek diplomatiyası: İlham Əliyevin ŞƏT sammitində iştirakı Azərbaycana yeni imkanlar qazandırır" - DEPUTAT

"Prezident İlham Əliyevin keçirdiyi görüşlər Azərbaycanın çoxvektorlu xarici siyasətinin və artan beynəlxalq nüfuzunun növbəti göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakı ölkəmizi

2 sentyabr
.

"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev

Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır və son illərdə təşkilatla əlaqələri daha da dərinləşdirir. Məlum olduğu kimi, Bişkekdə "ŞƏT plyus " formatında yüksək səviyyəli görüş start götürüb. Millət vəkili Rizvan Nəbiyev görüşlə bağlı BİG.AZ-a geniş açıqlama verib:. "Azərbaycanı

1 sentyabr
.

Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi

"Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla siyahıya aşağıdak

2 sentyabr
.

Prezident Melonini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı dövlət başçısı "X" hesabında paylaşım edib. "İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində olan Corcia Melonini səmimi-qəlbdə

4 sentyabr
.

"Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin imkanlarını genişləndirir" - AÇIQLAMA

"Dünya siyasətində güc balansının sürətlə dəyişdiyi bir vaxtda dövlətlərin xarici siyasətində əsas məsələlərdən biri yalnız tərəfdaşların sayını artırmaq deyil, müxtəlif güc mərkəzləri arasında öz maraqlarına uyğun manevr imkanlarını genişləndirməkdir. Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilat

1 sentyabr
.

İlham Əliyev: "Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır"

"Humanitar minatəmizləmə şəhərlərin bərpasının və təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır. Azərbaycan bu çağırışın ən ağır təzahürü ilə üzləşib". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Şəhərlərin bərpası üçün humanita

2 sentyabr
.

Ermənistanla münasibətlərin normallaşdırılması ölkəmizin beynəlxalq mövqeyini daha da möhkəmləndirib

"Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində iştirak etmək üçün Qırğızıstana səfəri ölkəmizin həm Mərkəzi Asiyada, həm də qlobal müstəvidə artan rolunun göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Cənubi Qafqazda mühüm mövqeyə mali

1 sentyabr