Kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? - AÇIQLAMA

Kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? - AÇIQLAMABakıda kirayə mənzil bazarında qiymət artımı yenidən gündəmdədir.

Xüsusilə sentyabr ayının yaxınlaşması ilə tələbələrin paytaxta qayıtması və yeni qəbul olunanların mənzil axtarışına başlaması kirayə evlərə tələbi artırır.

Bəs bu dövrdə kirayə qiymətlərinin yüksəlməsinin əsas səbəbi nədir? Tələbə axını bazara nə qədər təsir edir və qiymət artımının qarşısını almaq üçün hansı addımlar atıla bilər?

Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Kirayə bazarında xüsusilə avqustun ikinci yarısı və sentyabr ayı fərqli dövrdür. Tələbələr Bakıya qayıdır, yeni qəbul olunan tələbələr şəhərə gəlir, valideynlər eyni vaxtda mənzil axtarmağa başlayırlar. Beləliklə, qısa müddət ərzində bazara böyük həcmdə əlavə tələb daxil olur.Məsələn, hazırkı bazar qiymətləndirmələrində tələbələrin daha çox 500-700 manat civarında olan mənzillərə üstünlük verdiyi, metro və universitetlərə yaxın ərazilərdə isə qiymətlərin daha yüksək olduğu göstərilir.- Burada bazar psixologiyası da mühüm rol oynayır. Ev sahibi görür ki, sentyabr yaxınlaşır, mənzilə tələbat artır və alternativ kirayəçi tapmaq daha asandır. Bu zaman onun qiyməti yüksəltmək imkanı yaranır.Tələbə yataqxanalarının artırılması, mövcud yataqxanaların yenilənməsi və universitetlərin ətrafında tələbələr üçün daha əlçatan yaşayış fondunun yaradılması kirayə bazarındakı təzyiqi əhəmiyyətli dərəcədə azalda bilər.

Bu, yalnız tələbə məsələsi deyil. Eyni zamanda şəhər planlaşdırılması və sosial mənzil siyasəti məsələsidir.- Ən real çıxış yollarından biri mənzili bir neçə tələbənin paylaşmasıdır. İkincisi, metroya birbaşa yaxınlıqdan bir qədər uzaq ərazilərə baxmaqdır.

Çünki tələbə üçün mənzilin qiyməti ilə yanaşı, nəqliyyat xərcini və yolda itirilən vaxtı da hesablamaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1038   Tarix: 04 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündü

29 oktyabr
.

Binanın keyfiyyətini və etibarlılığını necə yoxlamaq olar? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən yalnız qiymətə, yerləşdiyi əraziyə və binanın xarici görünüşünə diqqət yetirmək kifayət deyil. Tikintidə istifadə olunan materialların keyfiyyəti, binanın daşıyıcı konstruksiyalarının vəziyyəti və təhlükəsizlik tələblərinə uyğunluğu da mühüm əhəmiyyət daşıyır. Bəzən zahirən müasir və möhkə

29 oktyabr
.

Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?

Oktyabrın 29-da 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş aparan "Real TV"nin əməkdaşları hücuma məruz qalıblar. -a istinadən xəbər verir ki, telekanalın müxbiri Nigar Namiqin sözlərinə görə, jurnalistlərə hücum edən şəxsləri şagirdləri də təhrik edən məktəbin qarovulçus

29 oktyabr
.

İki gəncin öldüyü qəzanın səbəbi açıqlandı - Video

Xəbər verdiyimiz kimi, dünən saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, DİN-in Baş DYP İdarəsi qəzaya uğrayan avtomobildə texniki nasazlığı

28 oktyabr
.

Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA

Qlobal brendlərin başqa şirkətlərə satılması bəzən istehlakçıların məhsullara münasibətinə də təsir edir. Alıcıların illərlə etibar etdiyi markanın yeni sahiblik dövründə əvvəlki keyfiyyətini qorumaması, məhsulların tərkibində və istehsal prosesində dəyişikliklərin baş verməsi suallar yaradır. Bəs tanınmı

28 oktyabr
.

Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31

28 oktyabr
.

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsinə baxılıb. "Qafqazinfo" xəbər verir ki, iclasda dövlət idarəçiliyində uzun bir yol keçmiş, dövlətin yaratdığı imkanlardan gen-bol istifadə etmiş Ramiz Mehdiyevin dövlət

28 oktyabr
.

Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır

Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind

29 oktyabr
.

Professor Adilə Abbasova vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının professoru Adilə Abbasova vəfat edib. Bu barədə Qaynarinfo-ya BDU-dan məlumat verilib. Qeyd edək ki, Adilə Abbasova 3 avqust 1942-ci ildə Zəngilan rayonunun Pirçivan qəsəbəsində anadan olub. 1992-ci ildə Azərbayca

29 oktyabr