Ev sahibi kirayəçinin razılığı olmadan mənzilə daxil ola bilərmi? - AÇIQLAMA
Kirayə münasibətlərində tərəflərin hüquq və vəzifələri ilə bağlı mübahisəli məqamlar kifayət qədər çoxdur. Xüsusilə mənzil sahibinin kirayəçinin yaşadığı evə hansı hallarda daxil ola bilməsi məsələsi tez-tez sual doğurur.
Bəzi hallarda ev sahibləri mənzilin özlərinə məxsus olduğunu əsas gətirərək kirayəçinin razılığı olmadan evə daxil olmağı mümkün hesab edirlər.
Bəs qanun bu məsələyə necə yanaşır? Ev sahibi kirayəçinin razılığı olmadan mənzilə daxil ola bilərmi?
Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:
"Kirayə müqaviləsi bağlanaraq mənzil kirayəçinin istifadəsinə verildiyi andan etibarən ev sahibinin həmin mənzil üzərində mülkiyyət hüququnun qalması onun mənzilə istədiyi vaxt və istədiyi formada daxil olmaq hüququnun olduğu anlamına gəlmir. Kirayəçinin mənzildən qanuni əsaslarla istifadə etdiyi müddətdə onun yaşayış sahəsinə müdaxilə edilməməsi təmin olunmalıdır.
Ümumi qayda olaraq, ev sahibi mənzilə daxil olmaq istəyirsə, bunu kirayəçi ilə əvvəlcədən razılaşdırmalıdır. Xüsusilə mənzil kirayəçinin faktiki yaşayış yeri olduğu halda, onun razılığı olmadan mənzilə daxil olmaq mübahisə və hüquqi məsuliyyət məsələsi yarada bilər.
Lakin burada müəyyən istisnalar da nəzərə alınmalıdır. Məsələn, mənzildə qəza baş veribsə, su sızması, yanğın və ya digər təxirəsalınmaz vəziyyət yaranıbsa və zərərin qarşısını almaq üçün dərhal müdaxilə zəruridirsə, vəziyyətdən asılı olaraq mənzilə giriş məsələsi fərqli qiymətləndirilə bilər.
Bundan başqa, tərəflər arasında bağlanmış kirayə müqaviləsinin şərtləri də mühüm əhəmiyyət daşıyır. Müqavilədə mənzilin yoxlanılması, təmir işlərinin aparılması və digər hallarda ev sahibinin əvvəlcədən xəbərdarlıq etməklə mənzilə daxil olması ilə bağlı şərtlər müəyyən edilə bilər.
Əgər ev sahibi kirayəçinin razılığı olmadan, heç bir əsas olmadan və müqavilənin şərtlərini nəzərə almadan mənzilə daxil olursa, kirayəçi öz hüquqlarının pozulduğunu hesab etdiyi halda müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Mübahisənin konkret hüquqi qiymətləndirilməsi isə hadisənin necə baş verdiyindən, müqavilənin məzmunundan və digər hallardan asılıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar