Gələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildi

Gələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildiTəkcə atasının deyil, əcdadlarının da imtiyazından yararlanıb: imtahansız universitetə qəbul oldu. "Onun bu məktəbə gəlməsi narahatlıq yaradır"

Son dövrlərdə dünyanın ən çox diqqət göstərdiyi şəxslərdən biri şahzadə Leonordur. Yəni İspaniya kralı Felipe ilə kraliça Letisiyanın böyük qızı, gələcək İspaniya kraliçası...

Qaynarinfo xəbər verir ki, cəmi 20 yaşlı Leonorun son üç ildə bu qədər diqqət mərkəzində olmasının səbəblərindən biri də keçdiyi hərbi hazırlıqdır. Leonor quru qoşunlarında başladığı təhsilini əvvəlcə dəniz, daha sonra isə hava qüvvələrində davam etdirib. O, təlimlər zamanı ərazidə sürünüb, əsgər yeməyi yeyib. Daha sonra təlim gəmisi ilə altı ay ərzində açıq dənizdə olub. Sonda isə paraşütlə tullanmağı və təyyarəni solo idarə etməyi öyrənib. Hətta bunun sayəsində "İspaniya kral ailəsində təyyarəni təkbaşına idarə edən ilk qadın üzv" kimi tarixə düşüb. Beləliklə, Leonorun üç illik hərbi hazırlığı başa çatıb.

Universitet tələbəsi oldu

Şahzadə Leonor ötən ay bütün hərbi təhsilini tamamlayaraq həyatında yeni səhifə açıb. O, bundan sonra Madridin yaxınlığındakı Xetafe şəhərində yerləşən Karlos III Universitetində siyasi elmlər və hüquq təhsili alacaq.

Gənc şahzadə dünən yeni həyatının ilk addımını atıb. Universitetdə dərslərin başlaması ilə Leonor üçün də yeni tədris ili başlayıb. Əcdadlarının adını daşıyan universitetdə təhsilinin ilk günü Leonor bütün yaşıdları kimi cins şalvar, ağ köynək və idman ayaqqabısı geyinib. Uzun saçlarını hörən Leonor adi tələbə kimi görünməyə çalışsa da, universitetin ilk günündə ona xüsusi diqqət göstərilib. Leonor da ona göstərilən marağa səmimi şəkildə cavab verib.

Bəzi tələbələr bunu narahatedici hesab edib

Universitet rəhbərliyi kral ailəsinin üzvü, hətta gələcək kraliça olmasına baxmayaraq Leonora heç bir imtiyaz verilməyəcəyini bildirsə də, vəziyyət tam olaraq belə görünmür.

Universitetin ilk günü Leonor adi tələbə kimi geyinərək dərsə getsə də, ona göstərilən diqqət, jurnalistlərin və şahzadəni görüntüləməyə çalışan media nümayəndələrinin iştirakı tamamilə fərqli mənzərə yaradıb.

Leonor isə ona yönələn bu diqqətə gülümsəyərək və əl yelləyərək cavab verib. Universitetdəki digər tələbələr də şahzadənin onların arasına qoşulmasını müxtəlif cür qiymətləndiriblər.

Karlos III Universitetinin bəzi tələbələri Leonorun onlarla eyni universitetdə təhsil almasından məmnundurlar. Lakin onun kral ailəsinin üzvü olmasını "narahatedici" hesab edənlər də var.

Tələbələrdən biri fikrini belə ifadə edib: "Əslində onun kral ailəsindən olması bir qədər narahatedicidir. Çünki o, adi tələbə deyil, Asturiya şahzadəsidir".

İmtahansız universitetə qəbul oldu

Şahzadə Leonor İspaniya üzrə keçirilən universitetə qəbul imtahanında iştirak etməsinə ehtiyac qalmadan, erkən qəbul proqramı sayəsində universitetə qəbul edilib. Bu prosedur xaricdə təhsil alan tələbələrə tətbiq olunur.

Leonor da hərbi təhsilinə başlamazdan əvvəl Uelsdə yerləşən məşhur "UWC Atlantic College"də təhsil alaraq diplom alıb. Məhz bunun sayəsində onun İspaniyada keçirilən universitetə qəbul imtahanında iştirak etməsinə ehtiyac qalmayıb.

Madrid Karlos III Universitetinin qiymətləndirmə komitəsi Leonorun əvvəlki akademik nəticələrini, yəni aldığı qiymətləri nəzərdən keçirərək onun universitetə qəbul edilməsinə qərar verib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 589   Tarix: 09 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb. "Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məluma

10 oktyabr
.

Makron istefa verdi

Fransa Prezidenti Emmanuel Makron istefa verib. xarici mediaya istinadən xəbər verir ki, Fransada son günlər baş verən kütləvi etirazlar fonunda Emmanuel Makronun istefa verdiyi bildirilir

9 oktyabr
.

Rus ordusu bu ərazini tutdu

Rusiya ordusu Xarkov vilayətinin Kiyanitsa yaşayış məntəqəsini tutub. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

9 oktyabr
.

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək qərarını tarixi hadisə adlandırıb. BELTA-ya istinadən xəbər verir ki, Belarus lideri bu barədə Türkmənistanda keçirilən MDB sammitində çıxışı zamanı bildirib. "Təşkilatımızı

9 oktyabr
.

Putinin canlı qüvvə ehtiyatı tükənir - Kremlin Ukraynaya qarşı planı açıqlandı

Rusiya ordusunun döyüş meydanında irəliləyişində problemlər yarandığı və canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi bildirilir. Bizim.Media xəbər verir ki, bunu istefada olan britaniyalı polkovnik Hamiş de Bretton-Qordon "The Telegraph" üçün yazdığı məqaləsində deyib. Onun fikrincə, Kreml yen

8 oktyabr
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

9 oktyabr
.

Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər

9 oktyabr
.

Zelenski: Ukrayna yaxın günlərdə F-16 üçün Finlandiyadan döyüş sursatları alacaq

Ukrayna yaxın günlərdə F-16 qırıcı təyyarələri üçün Finlandiyadan döyüş sursatları alacaq. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə telefon danışığının yekunlarına dair bildirib. "Hava məkanımızın müdafiəsi üçü

10 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr