Prezident Qaradağda açılışda - Fotolar

Prezident Qaradağda açılışda - FotolarAzərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Fabriora Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Fabriora Group" MMC-nin təsisçisi İbrahim Uygur dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.

Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

"Fabriora Group" MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsidir. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır.

Prezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - FotolarPrezident Qaradağda açılışda - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 482   Tarix: 10 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

"Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarə

12 oktyabr
.

Azərbaycan Prezidenti: "Laos bizim üçün dost ölkədir"

"Laos bizim üçün dost ölkədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı xatırladıb ki, 30 ildən çoxdur davam edən diplomatik əlaqələr bunu bir neçə dəfə göstərmişdir

13 oktyabr
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

12 oktyabr
.

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"

Qeyri-müəyyən şəraitdə Ermənistan sərhədini keçərək Şəki kəndinə (Zəngəzur) daxil olan Azərbaycan hərbçisi Nəsimi Musayev dindirmə prosesində heç kimə zərər yetirmək niyyətində olmadığını bildirib. xəbər verir ki, bu barədə dindirmə materiallarının bəzi detallarını əldə edən Ermənistanın "Joxovurd"

13 oktyabr
.

Yeni əməkdaşlıq imkanları və strateji tərəfdaşlıq

Azərbaycan ilə Kamboca arasında qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. Dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, ticarət, investisiya

13 oktyabr
.

İlham Əliyevin Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitlə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:. "Bir daha xoş gəlmisiniz, cənab Prezident. Ço

13 oktyabr
.

İlham Əliyev: "Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb"

"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında bildirib. İndi daha çox yüklərin aşkar olunması, yeni ünvanlardan yüklərin səfərbə

13 oktyabr
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

12 oktyabr
.

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

"Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı, həmçinin bildirib

13 oktyabr