Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli həmvətənlər!
Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadların nümayəndələri arasında qarşılıqlı hörmət və etimada, dostluq və qardaşlığa əsaslanan nümunəvi ictimai münasibətlər formalaşmışdır.
Müasir Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fundamental insan haqları və azadlıqları üçün demokratik-hüquqi şərait təmin edilmişdir. Cəmiyyətimizdə yüz illərlə hökm sürən etnik-dini tolerantlıq mühitində yəhudi icması milli-mənəvi dəyərlərini, dil və mədəniyyətini qoruyub-saxlamaqla, böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin sosial-mədəni həyatında yaxından iştirak edir, vətəndaş həmrəyliyinin möhkəmlənməsinə özünəməxsus töhfə verir .
Yeniliyin, mənəvi saflığın, xeyirxahlıq və həmrəylik duyğularının rəmzi olan Roş ha-Şana münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 295 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca
12 oktyabrAzərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsind
13 oktyabrPrezident İlham Əliyev - Müstəqilliyimizin və dinamik inkişafımızın qarantı
Bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Qarşıdan xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə -15 oktyabr 2003-cü ildə Cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 22-ci ildönümü gəlir. Xalqımız ilk dəfə 2003-cü ildə cənab İlham Əliyevə səs verməkl
12 oktyabrİlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. "Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz
12 oktyabr