Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
Prezident Donald Tramp bəyan edib ki, yəmənli husilər Amerika tərəfi ilə əlaqə saxlayıb və ABŞ ilə müharibə etmək istəmədiklərini bildiriblər.
"Report" xəbər verir ki, Amerika lideri bunu Dublində jurnalistlərə söyləyib.
"Husilər bizimlə əlaqə saxladılar və müharibə etmək istəmədiklərini bəyan etdilər. Onlar bizə başa saldılar ki, onlara qarşı hər hansı addım atmağımızı istəmirlər. Bizim onlara qarşı çıxmağımızı istəmirlər. Əlaqə saxladılar bizimlə və danışdılar, müdaxiləmizi istəmədiklərini bəyan etdilər. Bizim müdaxilə etməməyimizə üstünlük verərdilər" - o deyib.
İranın Səudiyyə Ərəbistanının ölkənin şərq və qərb hissələrini birləşdirən ən mühüm neft kəmərinə hücumda məsuliyyət daşıyıb-daşımadığı sualına cavab olaraq Tramp belə cavab verib: "Ehtimal ki, daşıyır".
Bundan əlavə, ABŞ Prezidenti İrandakı vəziyyətə toxunaraq yenidən bəyan edib ki, ölkədəki müharibə tezliklə başa çatacaq.
O dəqiqləşdirib ki, İranla müharibə ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilərindən sonra başa çatacaq. Trampın sözlərinə görə, bundan sonra neft qiymətləri kəskin düşəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 174 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək". "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış
10 sentyabrGələcək kraliça universitetə başladı: İmtahan vermədən qəbul edildi
Təkcə atasının deyil, əcdadlarının da imtiyazından yararlanıb: imtahansız universitetə qəbul oldu. "Onun bu məktəbə gəlməsi narahatlıq yaradır". Son dövrlərdə dünyanın ən çox diqqət göstərdiyi şəxslərdən biri şahzadə Leonordur. Yəni İspaniya kralı Felipe ilə kraliça Letisiyanın böyük qızı
9 sentyabrTramp bu ölkənin məhsullarına 50% tarif tətbiq etdi
ABŞ 50 faizlik tarif tətbiq edən Kanada mallarının əvvəlki siyahısını prinsipcə yeni, genişləndirilmiş siyahı ilə əvəz edib. Buraya pendirlər, tikinti materialları, mebel, avtomobillər, işıqlandırma avadanlıqları və digər məhsullar daxildir. xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın sərəncamınd
9 sentyabrİran ABŞ ilə danışıqların aparılması üçün əsas şərtini açıqladı
"Vaşinqton Tehranın tələblərini yerinə yetirməyənə qədər İran ABŞ ilə heç bir danışıq aparmayacaq". xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi özünün "X" sosial şəbəkə hesabında açıqlama yayıb. "Heç bir danışı
12 sentyabrFransada benzinin qiyməti rekord həddə çatıb
Fransada ən populyar benzin olan "SP95-E10"un orta qiyməti litri üçün 2,12 avroya çatıb. Bu barədə "Franceinfo" radiosuna istinadən xəbər verir. Qeyd edilib ki, bu da ABŞ-İsrail-İran müharibəsinin başlanğıcından bəri rekord səviyyədir. Fransa yanacaqdoldurma məntəqələrində dizel yanacağını
9 sentyabr