15 illik rekord yeniləndi: İtalyan şahzadəsinin doqquz yaşlı oğlu Monblana qalxdı
İtalyanəsilli britaniyalı Lelio Massimo di Rokkasekka Monblan dağının zirvəsinə qalxmağı bacaran ən gənc alpinist kimi tarixə düşüb.
Oxu.Az-ın "The Times" qəzetinə istinadən verdiyi məlumata görə, Londonda anadan olmuş 9 yaşlı uşaq Qərbi Avropanın ən hündür nöqtəsini fəth edib.
Nəşr qeyd edir ki, o, atası şahzadə Valerio Massimo di Rokkasekka ilə birlikdə 4 807 metr hündürlüyə qalxıb. Daha öncə isə gənc alpinist İsveçrədəki Bishorn (4 153 m) və Qran-Sasso-d'İtaliya (2 912 m) dağlarına çıxıb. Lelionun sözlərinə görə, onun növbəti hədəfləri Eger (3 970 m) və Matterhorn (4 478 m) zirvələridir.
Qəzetin yazdığına görə, Monblan dağına qalxmaqda bundan əvvəlki rekord britaniyalı Eşer Silverə məxsus olub. O, 2009-cu ildə atası ilə birlikdə sözügedən zirvəni fəth edəndə 10 yaşı var idi.
Yeni rekordçunun atası isə Monblana 14 yaşında olarkən qalxıb. Şahzadə Valerio yetkinlik çağında Everest (8 848 m) və Çoqori (8 614 m) kimi dünyanın ən yüksək dağlarında da olub.
Məqalədə vurğulanır ki, Massimo sülaləsi öz köklərini Roma Respublikası dövründən götürən zəngin və qədim tarixə malikdir. Nəşrin məlumatına əsasən, şahzadə Valerionun əcdadları arasında Roma Papası vəzifəsini tutanlar da olub. 52 yaşlı alpinistin özü investisiya sahəsində bizneslə məşğuldur. Kembric Universitetinin məzunu olan Valerio britaniyalı yazıçı Aleksandra Massimo di Rokkasekka ilə ailəlidir. Onlar 2018-ci ildə Londondan Romaya köçüblər. Dinozavrlara böyük marağı olan Lelio nəşrə müsahibəsində gələcəkdə paleontoloq olmaq istədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Gündə minimum addım sayı təyin edildi
Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, yoxsa yeni müzakirə mövzusu?
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
"Dünyəvi təhsildə hər kəs bərabər olmalıdır" - Elçin Əfəndi
Qaradağda dəhşətli qəza: Əsgərləri daşıyan avtobus aşdı - Video
Şənbə günü yağış yağacaq, şimşək çaxacaq
Məktəblilərin və müəllimlərin vahid formaya keçidi: Təhsildə bərabərlik, nizam-intizam və vahidlik ənənəsi
Kolleclər ləğv edilir, bəziləri universitetlərə birləşdirilir - Təhsildə nə dəyişəcək? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Məktəblərdə nizam-intizam və geyim qaydalarına nəzarət gücləndirilir - monitorinqlər keçiriləcək
Şəkərbura, paxlava bəzək verir Türkmənbaşına... - Fotolar
Məktəbdə nizam-intizam niyə vacibdir? - Qaydalar olmadan keyfiyyətli təhsil mümkündürmü?