Xarici diplomatlar Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər - VİDEO+YENİLƏNİB
Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kəlbəcər rayonunda keçirilən Bal Festivalında iştirak ediblər.
Sonxeber.az "Report"a istinadən bildirir ki, diplomatlar festivalda nümayiş olunan yerli arıçıların məhsullarına, o cümlədən müxtəlif növ bal və digər arıçılıq məhsullarına baxıblar.
Festival Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilib.
Tədbir İDEA İctimai Birliyi tərəfindən Azərbaycan Prezidentinin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Aqrar Tədarük və Təchizat" ASC və Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkil olunub.
Festivalda Qarabağ, Şərqi Zəngəzur və Azərbaycanın digər bölgələrindən otuz dörd arıçı fermer iştirak edib.
Tədbirdə həmçinin İDEA tərəfindən həyata keçirilən "Gənc arıçı" layihəsinin iştirakçılarının məhsulları da təqdim olunub.
Festival konsert proqramı ilə davam edib.
18:39
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Kəlbəcərdə Bal Festivalında iştirak ediblər.
Oxu.Az xəbər verir ki, ziyarətçilər, arıçı fermerlərin təqdim etdikləri müxtəlif növ bal və arıçılıq məhsullarına baxış keçiriblər, istehsal prosesi, keyfiyyət göstəriciləri barədə məlumat alıblar.
Festival konsert proqramı ilə davam edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 420 Tarix: 12 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsind
13 oktyabrAzərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir
Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy
13 oktyabrAzərbaycan Prezidenti: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"
"Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarə
12 oktyabrİlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi
Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca
12 oktyabrİlham Əliyev İspaniya Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeni ölkənin milli bayramı münasibətilə təbrik edib. -a istinadən məlumatına görə, təbrikdə deyilir:. "İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında
12 oktyabr2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu
15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna
12 oktyabr