Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıqTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışında deyib.

O bildirib ki, "Terrorsuz Türkiyə" prosesi çərçivəsində əldə olunan nəticə mühüm siyasi razılaşmanın göstəricisidir:

"Türkiyə olaraq bu yolda tarixi addım atdıq. Əvvəllər görünməmiş 467 səslə əldə olunan razılaşma nəticəsində bizə çox güclü dəstək verildi. Millətimiz terror məsələsinin bir daha gündəmə gətirilməməsi ilə bağlı qətiyyətli mövqe nümayiş etdirdi".

Ərdoğan bütün tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə çağırıb və cəmiyyətin həssas məqamlarını gərginləşdirəcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb.

"Hamı sağlam düşüncə ilə hərəkət etməli, cəmiyyətin həssaslığını nəzərə almalıdır. Türkiyənin büdrəməsindən fayda gözləyənlərə material verməkdən uzaq durmaq lazımdır. Əgər bu mövqeyimizdən geri çəkilsək, ölkəmiz qızıl dəyərində olan illərini itirəcək", - Türkiyə Prezidenti qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) müvafiq komissiyası "Terrorsuz Türkiyə"yə dair qanun layihəsini təsdiqləyib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 368   Tarix: 13 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İtaliyanın Baş naziri Corcia Meloni Aİ sammiti ərəfəsində ölkə parlamentində çıxış edərək Ukraynadakı müharibə və Avropanın təhlükəsizliyi ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb. Meloni vurğulayıb ki, Ukraynanın təslim olması Avropaya sülh gətirməyəcək

14 oktyabr
.

Almazın yeni "qohumu" kəşf edildi

Alimlər təxminən 35 il əvvəl nəzəri olaraq mövcudluğu irəli sürülən yeni karbon formasını laboratoriyada əldə ediblər. "Qafqazinfo" xəbər verir ki, "Diamondiyne" adlanan material məsaməli kristal quruluşu və yüksək təzyiq tələb etmədən formalaşması ilə seçilir. Göteborq Universitetini

15 oktyabr
.

İran ABŞ qarşısında taktikasını dəyişib

İranın iki yüksək vəzifəli rəsmisi Reuters agentliyinə bildirib ki, İran neft qiymətlərini yüksək saxlamaq və ABŞ-da keçiriləcək ara seçkilərə təsir göstərmək məqsədilə Hörmüz boğazından keçən gəmilərə hücum etmək kimi yeni taktika tətbiq edir. xəbər verir ki, ABŞ və İsrailin 28 fevralda İrana hücumlarında

14 oktyabr
.

"Halk TV"də axtarış aparıldı, yayımı dayandırıldı

Türkiyədə "Halk TV"nin sahibi Cafer Mahiroğlu barəsində aparılan araşdırma çərçivəsində kanalın İstanbuldakı ofisində axtarış aparılıb. "Qafqazinfo" "NTV"yə istinadən xəbər verir ki, əməliyyat zamanı barəsində saxlanılma qərarı çıxarılan 17 nəfərdən 11-i tutulub. Bununl

14 oktyabr
.

Zelenski Britaniyada səfərdədir

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir. "Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral II Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnheml

14 oktyabr
.

Estoniya parlamentinin onlarla üzvü hökumətə etimadsızlıq səsverməsini imzalayıb

Dövlət televiziyası ERR- in məlumatına görə, Estoniya müxalifəti Baş nazir Kristen Mixalın hökumətinə qarşı parlamentə etimadsızlıq səsverməsi təqdim edib. xəbər verir ki, təşəbbüsü Mərkəz Partiyası İsamaa və Mühafizəkar Xalq Partiyasından (EKRE) 33 Riigikogu üzvü, eləcə də doqquz müstəqil parlamentar

14 oktyabr
.

Gələcək okeanların mənbəyi ola biləcək nəhəng buz buludları tapıldı

Astronomlar Süd Yolu qalaktikasında gələcək planetlərin su ehtiyatlarını formalaşdıra biləcək nəhəng ulduzlararası buz buludlarının geniş xəritəsini hazırlayıblar. Kəşf yeni planetlərdə okeanların necə yarana biləcəyini anlamağa kömək edə bilər. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Th

13 oktyabr
.

Böyük Britaniyanın maliyyə naziri Rusiya gəmiçiliyinə qarşı sanksiyaları sərtləşdirməyə çağırır

Böyük Britaniyanın maliyyə naziri Con Heli cümə axşamı günü Beynəlxalq Valyuta Fondunun (BVF) Banqkokda keçiriləcək illik toplantısında xarici həmkarları ilə görüşməyə hazırlaşarkən digər ölkələri Rusiya ilə əlaqəli gəmiçiliklə bağlı sanksiyaları sərtləşdirməyə çağırıb. France 24-ə istinadən xəbər veri

15 oktyabr
.

Alimlər nikahların dağılmasının riyazi düsturunu tapdı

İspaniyanın Sevilya Universitetinin alimləri romantik münasibətlərin və nikahların hansı səbəblərdən sona çatdığını izah edən riyazi model hazırlayıblar. Araşdırmaya görə, münasibətlərin pozulmasında əsas amillərdən biri tərəfdaşların emosional səylərinin qeyri-bərabər bölüşdürülməsi, digəri isə xaric

13 oktyabr