Norveç uşaqları sosial şəbəkələrdən qorumağa hazırlaşır: "Meta"ya tələb göndərildi
Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib.
Oxu.Az "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib.
Buna səbəb "Meta"nın ABŞ ştatları ilə əldə etdiyi son razılaşma olub. Razılaşma sosial şəbəkələrdə yaşla bağlı nəzarətin gücləndirilməsini, tətbiqlərdən gündəlik istifadə müddətinə məhdudiyyətlərin qoyulmasını, gecə bildirişlərinin və dərs vaxtı xəbərdarlıqlarının qadağan edilməsini, həmçinin 18 yaşdan aşağı istifadəçilər üçün alqoritmik lentin söndürülməsi imkanını nəzərdə tutur.
"Uşaqların təhlükəsizliyi prioritet olmalıdır. Biz texnologiya nəhənglərinin öz platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün məsuliyyət daşımasını gözləyirik. Buna görə də "Meta" şirkətinə məktub göndərərək şirkətin Norveçdə də uşaqların və yeniyetmələrin müdafiəsi üçün tədbirlər görməsini tələb etdik", - deyə Styore bildirib.
Xatırladaq ki, Norveç hökuməti sosial şəbəkələr üçün 16 yaşadək yaş məhdudiyyəti tətbiq etmək niyyətindədir. Qanun layihəsinin ilin sonunadək təqdim edilməsi planlaşdırılır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 128 Tarix: 13 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kanadanın sabiq baş naziri kino və serial istehsalı biznesinə başladı
Kanadanın keçmiş baş naziri Castin Trüdo kino, serial və müxtəlif əyləncə proqramları istehsalı ilə məşğul olan yeni şirkət təsis edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Yeni kommersiya qurumu "Hope and hard work" ("Ümid və gərgin əmək") adın
12 sentyabrWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13 sentyabrFilippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind
12 sentyabr"Reform UK"ə rekord məbləğdə ianə edilib
Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə
13 sentyabrSuriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var
Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. -ın .il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasın
13 sentyabr"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
13 sentyabrMacarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək. "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib. Avropa İttifaqını
13 sentyabr