Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMA

Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMAXüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması və onların ailə mühitində lazımi qayğı ilə təmin edilməsi məsələsi xüsusi diqqət tələb edir. Valideynin uşağın tərbiyəsindən, saxlanılmasından və onun hüquq və mənafelərinin müdafiəsindən yayınması müəyyən hüquqi nəticələrə səbəb ola bilər.

Bəs, xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən və onun saxlanılması, müalicəsi və qayğısını təmin etməyən valideyni hansı hüquqi məsuliyyət gözləyə bilər və belə hallarda uşağın hüquqları, sosial təminatı və gələcək qayğısı hansı mexanizmlərlə qorunur?
Xüsusi qayğıya ehtiyacı olan uşağından imtina edən valideyni bu cəza gözləyir - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşağından üzürlü səbəb olmadan imtina edən, onun tərbiyəsi, müalicəsi və saxlanılması üzrə vəzifələrini yerinə yetirməyən valideyn ilk növbədə Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən məhkəmə qaydasında valideynlik hüquqlarından məhrum edilir.

"Valideynlik hüquqlarının məhrum edilməsi şəxsi maddə öhdəliklərdən azad etmir. Ailə Məcəlləsinin 66 və 75-ci maddələrinə görə valideyn uşağın saxlanılması üçün aliment ödənilməsi, həmçinin Ailə Məcəlləsinin 74-cü maddəsinə uyğun olaraq uşağın xüsusi müalicə və qulluq xərclərini əhatə edən əlavə məbləğlərin ödənilməsi öhdəliyini daşıyır. Bununla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 189.1-ci maddəsinə əsasən uşağın tərbiyə və saxlanılması vəzifələrinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət, Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsinə əsasən ciddi cinayət məsuliyyəti yarana bilər".

Vəkil bildirib ki, bundan başqa şəxs məhkəmə qətnaməsi ilə ona təyin edilmiş alimenti ödəməkdən boyun qaçırdıqda o məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçırnağa görə həm inzibati xəta törədərək məsuliyyət daşıyır, həm də cinayət məsuliyyəti daşıya bilər:

"Uşaq valideynsiz qaldıqda dövlətin aidiyyəti qumları dərhal onu öz himayəsinə götürür və xüsusi qayğı göstərilən dövlət müəssisələrinə yerləşdirir. Bu uşaqlar üçün aylıq müavinətlər, təqaüdlər təyin olunur, onlar pulsuz tibbi xidmət, reabilitasiya və xüsusi təhsil imkanları ilə tam təmin edilirlər. Onu da diqqətə çatdırmaq lazımdır ki, həmin uşaqların gələcəkdə hələ də vərəsəlik hüquqları qorunacaq".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 459   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oktyabrın son günü yağış yağacaq

Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

30 oktyabr
.

İntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai

30 oktyabr
.

Bakı-Balakən qatarının hərəkəti bərpa olunur

20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada

30 oktyabr
.

Kəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü

Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə

29 oktyabr
.

Tikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?

Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə

29 oktyabr
.

Mənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ

Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir

30 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr
.

Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi

30 oktyabr
.

Zaur Rzayev vəfat etdi - Yenilənib

Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə

29 oktyabr