Nəqliyyatın sıxlığını azaltmaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Yeni tədris ilinin başlaması ilə şəhər yollarında, xüsusilə məktəblərin yerləşdiyi ərazilərdə nəqliyyat sıxlığının artması gözlənilir. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması və piyada hərəkətinin artması bu ərazilərdə həm tıxac, həm də təhlükəsizlik baxımından əlavə risklər yarada bilər.
Bəs, 15 sentyabrda məktəblərin ətrafında nəqliyyat sıxlığının və mümkün təhlükəli vəziyyətlərin qarşısını almaq üçün hərəkət necə təşkil olunmalıdır, sürücülər və valideynlər avtomobillərini harada və necə saxlamalı, tıxacların minimuma endirilməsi üçün hansı qaydalara xüsusilə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, 15 sentyabrdan sonra məktəblərin başlaması ilə Bakıda nəqliyyat vasitələrinin və insan axınının artacağı gözlənilir.
"Hazırda da Bakıətrafı ərazilərdən və şəhər ətrafındakı qəsəbələrdən şəhərin mərkəzinə doğru kifayət qədər çox sayda nəqliyyat vasitəsi hərəkət edir. Gün ərzində bu nəqliyyat vasitələri şəhərə daxil olur, axşam saatlarında isə şəhərdən çıxırlar. Məktəblərin başlaması ilə bu axına tələbələri və iş mövsümü ilə əlaqədar hərəkət edən şəxsləri də əlavə etsək, kifayət qədər böyük bir insan kontingenti yaranır. Bu isə öz növbəsində böyük insan axını və nəqliyyat vasitələrinin sayının artması deməkdir. Nəticədə nəqliyyat infrastrukturu üzərində əlavə yük yaranır. Tıxacların minimuma endirilməsi üçün ən optimal variant hər kəs üçün eyni dərəcədə əlçatan marşrut sisteminin formalaşdırılmasıdır. Hər kəs üçün əlçatan nəqliyyatın və infrastrukturun olması bu istiqamətdə mühüm töhfə verə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 466 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın son günü yağış yağacaq
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
30 oktyabrİntihar edən musiqiçinin ailəsinə maddi yardım topladılar
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu bir neçə gün əvvəl intihar edən musiqiçi İlham Razinin ailəsinə dəstək olub. Axşam.az xəbər verir ki, Hüseyn həmkarlarına müraciət edərək mərhumun ailəsinin maddi yardıma ehtiyacı olduğunu bildirib. Musiqiçilər bir araya gələrək ailə üçün 10 min manatdan çox vəsai
30 oktyabrBakı-Balakən qatarının hərəkəti bərpa olunur
20 noyabrdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. xəbər verir ki, bununla bağlı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırlada
30 oktyabrKəlbəcərdə ağır qəza - Keçmiş zabit öldü
Kəlbəcərdə ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə Kəlbəcər şəhərində qeydə alınıb. Kəlbəcər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin hüquq məsləhətçisi Bilal Nuriyevin idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə
29 oktyabrTikintidə keyfiyyətsiz materiallar: Vətəndaş bunu necə müəyyən edə bilər?
Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə binaların dayanıqlılığına, mənzillərin təhlükəsizliyinə və sakinlərin həyatına ciddi təhlükə yarada bilər. Lakin vətəndaşların əksəriyyəti mənzil alarkən və ya tikinti prosesini müşahidə edərkən istifadə olunan materialların keyfiyyətini müəyyənləşdirmə
29 oktyabrMənzil alarkən bu məqamlara diqqət edin - EKSPERTDƏN XƏBƏRDARLIQ
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı mənzil almaq istəyən vətəndaşlarla yanaşı, bu sahəyə investisiya yatıran şəxslərin də diqqət mərkəzindədir. Tikinti xərcləri, mənzilə olan tələb, ipoteka imkanları və ərazilərin inkişaf perspektivləri qiymətlərin formalaşmasına təsir göstərən əsas amillərdəndir
30 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabrMehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
30 oktyabrZaur Rzayev vəfat etdi - Yenilənib
Xalq artisti Zaur Rzayev vəfat edib. "Qafqazinfo" -a istinadla xəbər verir ki, uzun müddətdir səhhətində ciddi problemlər olan Z. Rzayev bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Allah rəhmət etsin!. *. TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mərkəzi Neftçilə
29 oktyabr