Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Sonxeber.az AZƏRTAC-a xəbər verir ki, Hakan Fidan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın "bir millət, iki dövlət" prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edilib.
Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Ölkələrimizin logistika baxımından əhəmiyyəti, o cümlədən Avropa ilə Asiya arasında mühüm körpü rolu oynadıqları vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsinin önəmi qeyd olunub.
Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparılıb.





Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 235 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüşünülmüş və məqsədyönlü siayasət
Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı olduqca əhəmiyyətli idi. Ölkəmizin başçısı Şuranın geniş tərkibdəki iclasında çıxışında mühüm məsələlərə toxundu. Azərbaycanın MDB məkanında hər zaman sülh və əməkdaşlığa nail olma
9 oktyabrMəhəmməd Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan il
10 oktyabrJaparov MDB liderlərini Qırğızıstana dəvət etdi
Qırğızıstan Prezidenti Sadır Japarov MDB çərçivəsində ticari-iqtisadi, investisiya və istehsalat əməkdaşlığının, eləcə də energetika, nəqliyyat, logistika və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. "Report"a istinadən xəbər veri
9 oktyabrAzərbaycan-Mərkəzi Asiya münasibətlərində yeni mərhələ
"Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü Azərbaycan ilə region ölkələri arasında münasibətlərin artıq ənənəvi ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisinə keçdiyini göstərir. Görüşdə qəbul edilə
9 oktyabr