İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, Gedik məhəlləsinin Karakoyunlar ərazisində yaşayan Bünyamin dünən saat 18:00 radələrində evlərinin yaxınlığında oynayarkən yoxa çıxıb. Uşağı tapa bilməyən ailəsi muxtardan kömək istəyib. 112 Təcili Çağrı Mərkəzinə edilən müraciətdən sonra ərazidə axtarışlara başlanılıb.
Axtarışlara AFAD, polis və səhiyyə əməkdaşları ilə yanaşı, yerli sakinlər də qoşulub. Təxminən 9 saat davam edən axtarışlardan sonra Bünyamin saat 03:00 radələrində evin yanında toyuq damı və anbar kimi istifadə olunan yerdə, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatarkən tapılıb.
Tibbi müayinədən keçirilən uşağın vəziyyətinin yaxşı olduğu bildirilib.
Bünyaminin tapıldığı anlar mobil telefonla lentə alınıb. Axtarış qruplarının bir neçə dəfə adını səsləndirməsindən sonra yuxudan oyanan uşaq qarşısında xilasediciləri və onu axtaran sakinləri görəndə təəccüblənib. Bir müddət nə baş verdiyini anlamayan Bünyamin daha sonra özünə gəlib.
Uşağın sağ-salamat tapılması axtarışda iştirak edən əməkdaşlar və sakinlər arasında böyük sevincə səbəb olub. Həmin anlar çəkilən görüntülərdə də əksini tapıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 699 Tarix: 15 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü
Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə endirib. Nəticədə Əliağa xəsarət alıb
14 noyabr"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Hər il qış mövsümü yaxınlaşdıqca Azərbaycanda havaların necə keçəcəyi ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Qarşıdan gələn qışın son 70 ilin ən sərti olacağı iddia edilir. Lakin bu cür proqnozların tez-tez təkrarlanması ictimaiyyətdə birmənalı qarşılanmır. Vətəndaşlar hər il eyni xəbərdarlıqları
7 noyabr31 yaşlı diş həkimi vəfat etdi - FOTO
Həkim Orxan Cəfərov vəfat edib. -ın bölgə müxbirinin verdiyi məlumata görə, Göyçay şəhər sakini, 1995-ci il təvəllüdlü Cəfərov Orxan Çingiz oğlu xərçəng xəstəliyindən vəfat edib. Onun İranda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişdiyi bildirilir. Xatırladaq ki, mərhum subay idi və rayond
1 noyabrYataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
15 noyabrTƏCİLİ! Azərbaycanda gəmilərə XƏBƏRDARLIQ EDİLDİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. bildirir ki, xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunaca
14 noyabrDondurucu soyuqlar gəlir - XƏBƏRDARLIQ
Dünya 2026-2027-ci illərin qışına qeyri-adi atmosfer hadisəsi ilə daxil olur. Şimal qütbü üzərindəki soyuq hava sistemində tarixdə ən erkən pozulma qeydə alınarkən, güclənən El Nino hava proqnozlarını dəyişdirib. Ekspertlər noyabrın sonu və dekabrın əvvəlində Avropa və Şimali Amerikada yeni soyuq hav
14 noyabr