Çağdaş Azərbaycan reallığının dünyaya nümayişi

Çağdaş Azərbaycan reallığının dünyaya nümayişiAzərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. Bu məkanlarda şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, sosial obyektlər istifadəyə verilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu prosesin mühüm tərəflərindən biri də həyata keçirilən işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsidir. Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərləri xüsusi əhəmiyyət daşıyır.
Ölkəmizdə fəaliyyət göstərən 58 dövlətin səfir və diplomatları, 9 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 150 nəfərdən ibarət nümayəndə heyətinin 2026-cı il sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura səfəri də bu baxımdan diqqətəlayiqdir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa, quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olublar. Yeri gəlmişkən, qeyd edək ki, bu, diplomatik korpus nümayəndələrinin 2020-ci ildən etibarən işğaldan azad edilmiş ərazilərə sayca 22-ci səfəridir.
Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinə, yenidən qurulmuş Mədəniyyət Mərkəzinə, Yeni Şuşa məscidinin tikintisinə, həmçinin şəhərin tarixi memarlıq abidələrinə baxış keçirilib. Diplomatlar Aşağı Gövhər Ağa məscidində aparılan əsaslı bərpa işləri ilə tanış olub, Azərbaycan xalqının tarixi ədalətin bərpası və ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Xankəndi Zəfər Parkına baş çəkiblər. Cıdır düzündən açılan möhtəşəm mənzərəni seyr edən səfər iştirakçılar Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər monastır kompleksi və Kəlbəcər rayonunun Vəng kəndindəki yerləşən Xudavəng monastır kompleksi ilə də tanış olublar. Şübhəsiz, tarixi-dini abidələrin səfər proqramında geniş yer alması Azərbaycanın Qarabağın zəngin mədəni irsinin qorunmasına verdiyi önəmin nümayişi baxımından olduqca əhəmiyyətlidir.
Səfər çərçivəsində diplomatlar və hərbi attaşelər bölgənin iqtisadi və sosial inkişafını əks etdirən obyektlərə də baş çəkiblər. Belə ki, onlar "İstisu" mineral su doldurma zavodunun, Xankəndi tikiş fabrikinin və Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olub, həmçinin Kəlbəcər şəhərində keçirilən Bal Festivalında iştirak ediblər. Diplomatlar Şuşada Birinci yaşayış məhəlləsinin kiçik sakinləri ilə də söhbət ediblər. Uşaqların diplomatlarla səmimi söhbəti rəsmi səfərə xüsusi bir çalar qataraq Şuşa səfərinin yaddaqalan epizodlarından birinə çevrilib.
Səfər iştirakçılarının təəssüratları, verdikləri açıqlamalar və bölgədəki inkişafla bağlı müsbət fikirləri də diqqət çəkir. Məsələn, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda bura nə qədər böyük səylərin, vəsaitin və resursların yönəldildiyini, bərpa işlərinin nə qədər sürətlə aparıldığını görürük. Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç isə dövlətin Böyük Qayıdış Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla izlədiyini vurğulayıb. Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon isə deyib ki, bu, Prezident İlham Əliyevin böyük xidmətidir: "O, bu regionun inkişafına böyük diqqət ayırıb. Hər səfərim zamanı yeni dəyişikliklərin şahidi oluram". Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin müşavir-elçisi Din Taonun sözlərinə görə, Xankəndinin, Şuşanın və bölgənin digər şəhərlərinin inkişaf dinamikası nikbinlik doğurur: "Ümid edirəm ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə Xankəndi, Şuşa və regionun digər şəhərləri daha da inkişaf edəcək". Bütün bunlardan belə qənaətə gəlmək olar ki, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri xarici diplomatlarda böyük təəssürat yaradır və onlar bunu açıq şəkildə ifadə edirlər.
Yeri gəlmişkən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono paylaşımında 11-12 sentyabr tarixlərində Azərbaycan rəsmiləri tərəfindən diplomatik korpus üçün Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki keçmiş münaqişə zonalarına təşkil edilən səfərdə ilk dəfə iştirak etdiyini vurğulayıb: "Biz yerli hakimiyyət orqanları, keçmiş məcburi köçkünlər və media nümayəndələri ilə ünsiyyət qurmaq imkanı əldə etdik. Səfər çərçivəsində həmçinin məscidlər və kilsələr kimi müxtəlif mədəni və dini irs məkanlarına da baş çəkildi".
Bəli, belə səfərlər xarici diplomatlara bölgədə baş verən proseslərlə bilavasitə tanış olmaq, görülən işləri öz gözləri ilə müşahidə etmək və burada yaradılan yeni reallıq barədə daha obyektiv təsəvvür formalaşdırmaq, həmçinin Azərbaycanın yaratdığı yeni reallığın daha geniş şəkildə tanınmasına imkan verir. Bu mənada, səfərlərin hər biri Qarabağ həqiqətlərinin diplomatik müstəvidə təqdimatı baxımından mühüm platformadır. Çünki diplomatik nümayəndələr burada Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həm keçmişin izlərini, həm də gələcəyə hesablanmış quruculuq modelini bir arada görürlər. Bəli, bu səfər zamanı onlar bir daha Azərbaycanın iqtisadi baxımdan qüdrətli dövlət, Azərbaycan xalqının isə qurub-yaradan və sülhsevər xalq olduğunun şahidi olublar.

Qvami Məhəbbətoğlu - araşdırmaçı-jurnalist


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 387   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə verəcəkdir

Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə

13 oktyabr
.

Azərbaycan və Kamboca: siyasi dialoqdan çoxşaxəli tərəfdaşlığa doğru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini əks etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsind

13 oktyabr
.

Azərbaycanla Kamboca beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

Prezident: "Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır"

"Biz Cənub Şərqi Asiya ilə maraqlanırıq, bizim xarici siyasətin prioritetlərindən biridir, vacib bir bölgədir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbayca

12 oktyabr
.

Azərbaycan Prezidenti: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

"Siyasi münasibətlərimiz güclüdür, Qoşulmama Hərəkatı, həmçinin AQEM çərçivəsində əməkdaşlıq edirik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında deyib. Dövlətimizin başçısı vurğulayıb ki, eyni zamanda, ticarə

12 oktyabr
.

İlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca

12 oktyabr
.

İlham Əliyev İspaniya Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeni ölkənin milli bayramı münasibətilə təbrik edib. -a istinadən məlumatına görə, təbrikdə deyilir:. "İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adında

12 oktyabr
.

2003-cü il 15 oktyabr tarixin yaddaşına həkk olundu

15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın düzgün seçim edərək, Ulu Öndərimiz Heydər Əliyevin müraciətini dəyərləndirərək cənab İlham Əliyevə səs verməsi möhtəşəm nailiyyətlərimizin əsasını təşkil edir. Keçirilmiş seçkilərdə Azərbaycanda seçicilərin 76 faizdən çoxu cəna

12 oktyabr
.

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - Foto

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-a istinadən Azərbaycan Prezidentinin bəyanatını təqdim edir:. - "Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar, xanımlar və cənablar. Cənab Ba

12 oktyabr