Ermənistanda böyük narahatlığa səbəb olan səfər

Ermənistanda böyük narahatlığa səbəb olan səfərAzərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir.
Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərdi ki, İrəvanın müəyyən dairələri hələ də yeni reallığı qəbul etmək istəmir. Konstruktiv məqsədə xidmət edən səfərin ətrafında siyasi ittihamlar, tarixi manipulyasiyalar və Qərb diplomatlarına qarşı hücumlar təşkil edilib.
Hazırda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diplomatların səfəri Ermənistanda aqressiv reaksiya doğurub. Erməni mediasının bir hissəsinin Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrini daha çox hədəfə alması xüsusilə diqqət çəkir. Diplomatların Şuşada keçirilən tədbirdə iştirakı, yerli mədəni proqramlara qoşulmasını siyasi qalmaqala çevrirmək heç bir məntiqə sığmır. Çünki burada söhbət Azərbaycanın suveren ərazilərindən gedir. Ermənistan isə rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Görünən budur ki, Ermənistanın sülh sənədlərində və siyasi bəyanatlarda yeni reallıqla bağlı mövqeyi səmimi deyil.
Ermənistan mediasının "işğal olunmuş Artsax" kimi cəfəng ifadələrdən istifadə etməsi onların əsl simasını göstərir.
Azərbaycanın tarixi torpaqlarını qondarma terminlərlə adlandırmaq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan 2023-cü ilin sentyabrından sonra ərazi üzərində tam suverenliyini bərpa edib və beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür.
Ermənistan hakimiyyəti son dövrlərdə Qarabağ məsələsinin Ermənistanın xarici siyasət gündəliyində yer almadığını bildirir. Lakin Ermənistanın media və ekspert məkanında "Artsax" sayıqlamasının yenidən gündəmə gəlməsi müəyyən suallar yaradır.
Diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfərindən sonra Ermənistan mediasında "tarixin saxtalaşdırılması", "albanlaşdırma", "mədəni soyqırım" kimi ifadələrin önə çıxarılması isə absurddur.
Bütün dünya Azərbaycanı multikural ölkə, bütün dinlərin və xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı məkan kimi tanıyır və qəbul edir.
Azərbaycan bölgədəki dini və tarixi abidələri onların mənşəyindən asılı olmayaraq qorumağa davam edir.
Ermənistan isə bu reallığı həzm edə bilmir. Elə bu ölkənin sülh prosesinə münasibəti də məhz bu qərəz kontekstində qiymətləndirilməlidir.
Sülh həm də ictimai və siyasi şüurda müharibənin yaratdığı qarşıdurmadan imtina etməkdir. Əgər bir tərəfdən Azərbaycanla sülh sazişi haqqında danışır, digər tərəfdən isə ərazi bütövlüyünü şübhə altına alan mövqe sərgilənirsə, burada real sülhpərvər mövqedən söhbət gedə bilməz.
Ermənistan revanşist ritorikadan əl çəkməlidir.
Ermənistan diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə etiraz etmək əvəzinə, Azərbaycanla sülh prosesinin praktiki nəticələrini müzakirə edə, humanitar məsələlər, mədəni irsin qorunması və regional əməkdaşlıq haqqında konstruktiv mövqe ortaya qoya bilərdi. Amma bunun əvəzinə diplomatlar hədəfə alınır, dini abidələr üzərindən yeni qarşıdurma yaradılır.
Sülh istəyən tərəf gələcəyə baxmalıdır. Bunun üçün isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ətrafında yaradılan siyasi manipulyasiyalara son qoyulmalı, Qarabağ mövzusu revanşizm üçün alətə çevrilməməlidir.

Altay Əliyev - Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 599   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Kamboca münasibətləri: tarixi varislik və yeni üfüqlər

Azərbaycanın xarici siyasət strategiyasında Asiya və Cənub-Şərqi Asiya vektoru son illərdə tamamilə yeni, daha dinamik bir mərhələyə qədəm qoyub. Bu kontekstdə, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri və Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzr

13 oktyabr
.

Strateji hədəflərə nail olunması dövlətçiliyimizin ən parlaq səhifəsidir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. 15 oktyabr 2003-cü il prezident seçkilərində xalqın 76,84 faiz səsini toplayaraq Prezident seçilə

12 oktyabr
.

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - Foto

Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlha

13 oktyabr
.

İlham Əliyev üç ölkə ilə imzalanmış sənədləri təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Saziş 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbayca

12 oktyabr
.

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Qoşulmama Hərəkatında Azərbaycanın fəaliyyəti suverenliy

13 oktyabr
.

İlham Əliyev: "Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək"

"Əminəm ki, bu səfər ikitərəfli münasibətlərimizə çox müsbət təsir göstərəcək və ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı, həmçini

13 oktyabr
.

Bəzi tələbələrə Prezident təqaüdü veriləcək - Siyahı

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisa

12 oktyabr
.

İlham Əliyevin Hun Manet ilə geniş tərkibdə görüşü olub - Foto

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. "Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz

12 oktyabr
.

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind

12 oktyabr