"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?

"Əsrin tutulması" 2027-ci ildə baş verəcək: Hansı ölkələri qaranlığa qərq olacaq?Dünya 2027-ci ildə möhtəşəm astronomik hadisəyə - qeyri-adi uzunmüddətli olması səbəbindən artıq "əsrin tutulması" adlandırılan tam Günəş tutulmasına hazırlaşır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Digital Camera World" yazır.

Hadisə 2 avqust 2027-ci ildə baş verəcək. Günorta vaxtı qaranlıq rekord müddət - 6 dəqiqə 22 saniyə davam edəcək. Növbəti dəfə bu qədər uzunmüddətli tam qaranlıq mərhələsi yalnız 2114-cü ildə müşahidə olunacaq.

Ayın kölgəsi İspaniyanın cənubundan və Cəbəllütariqdən keçən dar zolaq boyunca hərəkət edəcək, daha sonra Şimali Afrika və Yaxın Şərqi əhatə edəcək. Qaranlıq ən uzun müddət Misirin Luksor şəhərində olacaq. Nil çayının sahilində yerləşən qədim fironlar paytaxtı artıq hadisənin əsas episentri hesab olunur.

Bununla belə, ekspertlər məhz Luksora getməyin ən yaxşı seçim olmaya biləcəyi barədə xəbərdarlıq edirlər. Misirin cənubunda avqust ayında havanın temperaturu tez-tez 40 dərəcəni keçir. Tutulma zamanı Günəş isə demək olar ki, başın düz üzərində, 82 dərəcə bucaq altında olacaq.

Bu, ciddi problemlər yarada bilər: kameralar və telefonlar həddindən artıq qızacaq, qaranlıq Günəşi möhtəşəm qədim məbədlərlə eyni kadra yerləşdirmək isə praktiki olaraq mümkün olmayacaq. Bundan əlavə, Luksora turist axınının böyük olacağı gözlənilir. Buna görə də boş yaşayış yeri tapmaq və ya tarixi abidələrin yaxınlığında avadanlığı rahat şəkildə yerləşdirmək çətin ola bilər.

Ekspertlər rahatlıq hesabına rekord müddətin arxasınca getməməyi məsləhət görürlər. Əsas məqsəd tam qaranlıq zonasına, heç olmasa onun kənarına düşməkdir.

Məsələ ondadır ki, Günəşin hətta 99 faiz örtülməsi belə əsl möcüzəni təmin etməyəcək: gündüz gecəyə çevrilməyəcək. Buna görə də əlavə bir neçə dəqiqə qazanmaq üçün tutulma zolağının tam mərkəzinə getmək heç də vacib deyil.

Daha rahat variantlar axtaranlara digər bölgələr nəzərdən keçirmək tövsiyə olunur:

* İspaniyanın cənubu (Tarifa, Kadis, Malaqa): qaranlıq iki dəqiqədən təxminən beş dəqiqəyə qədər davam edəcək. Günəş üfüqün üzərində daha aşağıda - təxminən 38 dərəcə bucaq altında olacaq. Bu, ekstremal istilərlə üzləşmədən hadisəni dəniz mənzərələri və qədim şəhərlərin fonunda izləməyə imkan verəcək.

* Mərakeş (Təncər, Tetuan, mavi şəhər Şafşavan): burada mənzərəli dağların və Şərq memarlığının fonunda tam tutulmanın beş dəqiqəyədək davam edən mərhələsini müşahidə etmək mümkün olacaq.

* Əlcəzair və Tunis: Oran və ya Sfaks şəhərləri yaxınlığındakı sahillərdə qaranlıq beş dəqiqədən çox davam edəcək. Səhra həvəskarları isə "Ulduz müharibələri" filminin dekorasiyalarının çəkildiyi Tozer vahəsinə və ya Sidi-Buhellel kanyonuna gedə bilərlər.

* Misirdə alternativlər: səs-küylü Luksor əvəzinə Qərb səhrasındakı Siwa vahəsini seçmək olar. Burada qaranlıq beş dəqiqədən çox davam edəcək. Daha az insanın olacağı Edfu və ya Esna məbədləri də alternativ variantlardır.

Səfərə hazırlığa artıq indidən başlamaq, biletləri və otel otaqlarını əvvəlcədən bron etmək tövsiyə olunur.

Ən əsası isə 2 avqust 2027-ci ildə çoxdan gözlənilən qaranlıq başlayanda qiymətli vaxtın hamısını ekranları və ştativləri tənzimləməyə sərf etməmək, sadəcə başınızı göyə qaldıraraq bu unikal mənzərədən zövq almaqdır.

Keçmiş Günəş tutulması

Əvvəlki tam Günəş tutulması 12 avqust 2026-cı ildə baş verib. Həmin vaxt Ayın kölgəsi İspaniyanın şimalı və mərkəzi boyunca hərəkət edib, Portuqaliya, Qrenlandiya və İslandiyanı əhatə edib.

Tutulmanın qismən mərhələsi Ukraynada da müşahidə olunub. Hadisə ölkənin qərbində daha yaxşı izlənilib və burada Günəş diskinin təxminən 40 faizi Ay tərəfindən örtülüb. Ən yüksək göstərici isə Volın vilayətindəki Şatsk göllərində qeydə alınıb - təxminən 65 faiz.

Lakin həmin hadisə cəmi 1 dəqiqə 45 saniyə davam edən qısa müddətli qaranlıq gətirmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 660   Tarix: 15 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO

Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını

17 sentyabr 2021
.

Kadırov çeçen komandiri təhdid etdi: "Səni yandıracağam"

Çeçenistan lideri Ramzan Kadırov etdiyi sərt çıxışlarla gündəmə gəlib. Unikal.org xəbər verir ki, çeçen səhra komandiri Əhməd Zakayevi təhdid edib. Kadırov Zakayevlə bağlı təhdidlərini çeçen dilində səsləndirib. "Əgər sən bir daha atamın adını çəksən, görəcəksən başına nə gəlir. Hətta bu dünya yans

16 sentyabr 2021
.

Bill Qeyts: "Dünya yeni pandemiyaya hazır deyil"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts dünyanın yeni pandemiyaya hazır olmadığını bəyan edib. Multimilyarderin fikrincə, bu hal həyəcan doğurur. Qeytsin qənaətinə görə, hazırlığın başlıca meyarı 100 gün ərzində bütün dünyanı vaksinlə təmin edəcək istehsal müəssisələrinin yaradılmasıdır

15 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO

Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il

15 sentyabr 2021
.

Bu ölkədə iki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb. Hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var. Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur. Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb

17 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Bəylə gəlin həm bir-birilərinə, həm də seçdikləri namizədə "hə" dedilər - VİDEO

Rusiyanın Zabaykalsk diyarında gənc cütlük səsvermə zaman elə birbaşa seçki məntəqəsində nikaha girmək qərarına gəliblər. Beləliklə yeni evlilər bir gündə iki vətəndaşlıq borcunu yerinə yetiriblər. Hadisə Çita şəhərində qeydə alınıb. "Gənclərin Rusiyanın gələcəyinə səs verməsinə mane olan səbəblər

18 sentyabr 2021