Ermənilərin tarixi alban irsinə sahib çıxmaq cəhdləri çoxdan başlayan prosesdir - ŞƏRH

Ermənilərin tarixi alban irsinə sahib çıxmaq cəhdləri çoxdan başlayan prosesdir - ŞƏRH"Tarixi alban irsinin dünyada məhz Azərbaycanın irsi kimi tanınmasının və tanıdılmasının müstəsna əhəmiyyəti var. Bunun əhəmiyyəti təkcə milli, etnik, mədəni və dini tariximizin bütövlüyünün bərpa edilməsi ilə məhdudlaşmır. Alban irsinin Azərbaycan-Türk irsi kimi tanıdılmasının böyük strateji əhəmiyyəti var. Bu, xüsusilə Ermənistanın ideoloji, siyasi, diplomatik və tarixi müstəvidə apardığı siyasətə tutarlı cavabdır".

Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib.

O, bildirib ki, ermənilərin tarixi alban irsinə sahib çıxmaq cəhdləri çoxdan başlayan prosesdir:

"Onlar alban irsinə sahib çıxmaqla özlərini bu bölgənin ən qədim xalqı və əraziyə ən çox haqqı çatan tərəf kimi təqdim etməyə çalışırlar. Bunun arxasında iki əsas niyyət dayanır. Birincisi, erməniləri bu bölgənin ən qədim və ərazilər üzərində daha çox haqqı olan xalq kimi təqdim etməkdir. İkincisi isə erməniləri dünyada xristian irsinin ilk rəsmi sahibi kimi göstərməkdir. Qədim Albaniyada xristianlığın həvarilər səviyyəsində yayılması xristian dininin ilk rəsmi yayılma ocaqlarından biri kimi təqdim olunur. Albaniyada xristianlığın yayılması və qəbulunun Bizansda xristianlığın yayılmasından daha qədim tarixə getdiyi bildirilir. III əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmağa başladığı, İsa həvarilərinin və apostollarının davamçıları səviyyəsində xristianlığın təbliğ olunduğu və ilk xristian məbədlərinin yaradılmağa başladığı qeyd edilir".

Ekspert bildirib ki, ermənilər isə xristianlığı dünyada rəsmi din kimi qəbul edən ilk xalqın məhz ermənilər olduğunu hesab edirlər:

"Bu yanaşma tamamilə yanlışdır. Bununla onlar özlərini hətta Bizansdan əvvəl xristian dinini qəbul etmiş xalq kimi təqdim etməyə çalışırlar. Alban irsinə sahib çıxmaq cəhdinin arxasında dayanan məqsədlərdən biri də özlərini dünyada ən qədim xristian xalqı kimi təqdim etməkdir. Buna görə də ermənilərin hansı niyyətlərdə və hansı hədəflərə doğru hərəkət etdiyini bir kənara qoyaraq, ilk növbədə öz dini, siyasi, milli və etnik tariximizin bütövlüyünün bərpasına diqqət yetirməliyik. Tariximizin milli, dini və etnik bütövlüyünü qorumaq baxımından xristian-alban irsinə tam şəkildə sahib çıxmağa mənəvi haqqımız var. Bizim üçün strateji və həyati əhəmiyyət daşıyan məsələlərdən biri alban-xristian dini irsinə öz doğma tarixi irsimiz kimi sahib çıxmaqdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 102   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə XİN başçılarının geniş tərkibdə görüşü keçirilib - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriblər. xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nazirlər iki dövlət başçısının rəhbərliyi və təşəbbüs

15 sentyabr
.

Ermənistanda böyük narahatlığa səbəb olan səfər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir. Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərd

15 sentyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr
.

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi

16 sentyabr
.

Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərində

15 sentyabr
.

Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X"

16 sentyabr
.

Prezident: "Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir"

"İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçılar

15 sentyabr
.

Prezident İlham Əliyev: "Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin"

"Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu zirvə görüşünün (İƏT-in toplantısı - red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o zirvə görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq". AZƏRTAC-

15 sentyabr
.

Qarabağ və Şərqi Zəngəzura qayıdış intensivləşir

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərin təmsilçilərinin azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gördüyü işlərin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyə

15 sentyabr