Mərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib

Mərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilibQırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir.

"Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə Prezidenti Sadır Japarov bu təkliflə birinci "Mərkəzi Asiya - Koreya Respublikası" sammitində çıxış edib.

Mərkəzi Asiya ölkələrinin Cənubi Koreya ilə iqtisadi əməkdaşlığından danışan S.Japarov sənaye nazirlərinin mövcud məsləhət mexanizmi çərçivəsində Dövlət İnvestisiya Qurumları Şurasının yaradılmasını, prioritet layihələrin vahid portfelinin formalaşdırılmasını, eləcə də bu cür təşəbbüslərin maliyyələşdirilməsi, istehsalın lokallaşdırılması və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün birgə investisiya fondunun təsis edilməsini təklif edib.

"Texnoloji əməkdaşlığa, süni intellektin tətbiqinə və rəqəmsallaşdırmaya xüsusi diqqət yetirilib. Bu kontekstdə Sadır Japarov birgə pilot texnoloji platformalar şəbəkəsinin formalaşdırılmasını təklif edib", - məlumatda deyilir.

O vurğulayıb ki, növbəti görüşə qədər "Mərkəzi Asiya - Koreya Respublikası" formatı real nəticələr - işə salınmış istehsalatlar, cəlb edilmiş investisiyalar, tətbiq olunmuş texnologiyalar və vətəndaşlar üçün yeni imkanlar nümayiş etdirməlidir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 77   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni

16 sentyabr
.

Kaliforniyada salmonella epidemiyası qeydə alınıb

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) xəstəliyi fonunda "Happy Hens" yumurtalarını istehla

13 sentyabr
.

NATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub

Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar

15 sentyabr
.

Şimali Koreya kruiz və ballistik raketlərdən istifadə edərək hərbi təlimlər keçirir

Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreya Xalq Ordusu strateji kruiz və taktiki ballistik raketlərdən istifadə edərək uzaq mənzilli artilleriya və raket qoşunları ilə birgə təlimlər keçirib. xəbər verir ki, təlimlər sentyabrın 12-də beş artilleriya və raket birləşməsini

14 sentyabr
.

Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak

13 sentyabr
.

Vance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi

ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü

16 sentyabr
.

İsveç parlament seçkilərində müxalifət az fərqlə irəlidədir

İsveçin Dövlət Seçki Komissiyasının məlumatlarına görə, müxalifətdəki solçu ittifaq səslərin 49,4%-i ilə, hakim sağçı ittifaq isə 49,1%-i ilə liderlik edir. xəbər verir ki, İsveçdə parlament seçkilərində səsvermə bazar günü baş tutub. Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Seçki Komissiyasını

14 sentyabr
.

Norveç uşaqları sosial şəbəkələrdən qorumağa hazırlaşır: "Meta"ya tələb göndərildi

Norveç hökuməti "Meta" şirkətinə məktub göndərərək platformalarında uşaqların və yeniyetmələrin müdafiəsi üçün daha sərt tədbirlər görülməsini tələb edib. "Aftenposten"ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Yonas Har Styore məlumat verib. Buna səbəb "Meta"nın AB

13 sentyabr
.

Səudiyyə Ərəbistanı Yəmənin Taiz əyalətinə hava hücumu həyata keçirib

Səudiyyə Ərəbistanına məxsus təyyarələr Dhubab bölgəsinə hava hücumları həyata keçirib. xəbər verir ki, bildirilir ki, "Səudiyyə Ərəbistanının düşmən təyyarələri Dhubab bölgəsinə zərbələr endirir". Mülki şəxslər arasında itkilərin olduğu bildirilir. [hh4-unikal]

15 sentyabr