Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirirPrezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdəki çıxışında
Prezident İlham Əliyevin Avropa institutlarının Azərbaycana münasibəti ilə bağlı fikirlər səsləndirib. Onun sözlərinə görə, əsas problem bəzi Avropa institutlarının elan etdikləri universal prinsiplərlə Azərbaycana münasibətdə nümayiş etdirdikləri siyasi davranış arasında yaranmış ziddiyyətdir. Avropa siyasi məkanında dövlətlərin suverenliyi, ərazi bütövlüyü, insan hüquqları və qanunun aliliyi fundamental dəyərlər kimi təqdim olunur. Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas sual budur: əgər bu prinsiplər universaldırsa, nə üçün Azərbaycanın ərazi bütövlüyünün pozulduğu uzun illər ərzində onların tətbiqində eyni prinsipiallığı görmədik?"
Azərbaycan ərazilərinin işğalı həm BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazisinin əhəmiyyətli hissələrinin işğal altında olduğu göstərilirdi. Buna görə də problem məlumatın olmamasında deyil, məlum faktların adekvat siyasi nəticəyə çevrilməməsində idi.
Azərbaycanın Avropa institutlarına münasibətdə əsas məyusluğu da buradan yaranır. Azərbaycanın ərazi bütövlüyü sənədlərdə tanınırdı, lakin həmin prinsipin praktik təminatı üçün eyni siyasi qətiyyət nümayiş etdirilmirdi. 2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən cəmi dörd ay sonra AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi isə bu ziddiyyəti daha aydın göstərdi.
Məsələ yalnız ayrı-ayrı qətnamələrdən ibarət deyil, beynəlxalq institutlara etimadla bağlıdır. Beynəlxalq institutun ən mühüm kapitalı etimaddır. Dövlətlər və cəmiyyətlər əmin olmalıdırlar ki, eyni prinsip siyasi simpatiyalardan asılı olmayaraq oxşar vəziyyətlərə eyni şəkildə tətbiq edilir. Əgər insan hüquqları universaldırsa, öz yurdundan didərgin salınmış azərbaycanlının hüquqları da eyni dərəcədə müdafiə edilməli idi. Əgər suverenlik fundamental prinsipdirsə, Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazisində suverenliyini təmin etməsi də həmin prinsip əsasında qiymətləndirilməlidir.
Başqa dövlətlərdən şəffaflıq, hesabatlılıq və siyasi etika tələb edən qurum həmin standartların ilk növbədə öz daxilində işləməsini təmin etməlidir. Eyni yanaşma islamofobiyaya da aiddir. Avropa insan ləyaqəti, dini azadlıq və ayrı-seçkiliyə qarşı mübarizəni universal dəyər hesab edirsə, müsəlmanlara və onların dini dəyərlərinə münasibətdə də bu prinsiplər istisnasız tətbiq olunmalıdır.
Azərbaycanın bəzi Avropa institutlarına yönəltdiyi tənqid Avropa ilə qarşıdurma kimi qiymətləndirilməməlidir. Azərbaycan Avropadan xüsusi münasibət və ya güzəşt istəmir. Azərbaycan bərabər münasibət istəyir. Ölkəmiz Avropa ilə enerji, nəqliyyat, iqtisadiyyat, iqlim və digər sahələrdə əməkdaşlığını davam etdirir, eyni zamanda Türk dünyası, İslam aləmi ilə əlaqələrini genişləndirir. Azərbaycan artıq beynəlxalq münasibətlərdə öz milli maraqlarını və müstəqil mövqeyini ardıcıl müdafiə edən dövlətdir. Avropa institutları ilə sağlam münasibətlərin yolu da qarşılıqlı hörmətdən və seçici yanaşmalardan imtinadan keçir. Beynəlxalq hüquq universaldırsa, onun Azərbaycana tətbiqində də istisnalar olmamalıdır.

Vahid İsmayılov - Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 112   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı

16 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Azərbaycan və İsveçrə investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və İsveçrə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr nazirin İsveçrəyə işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyasını

15 sentyabr
.

Prezident: "Azərbaycan xalqı dünyada bir presedent yaratdı"

"Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə bir edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır". AZƏRTAC-a istinadə

15 sentyabr
.

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyə

16 sentyabr
.

Prezident: "Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz"

"Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Amma Türk dünyası, Qafqaz, İsla

15 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr