Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandı

Formula 1 altı illik fasilədən sonra İstanbula qayıdır - Tarix açıqlandıFormula 1 yarışları altı illik fasilədən sonra yenidən İstanbulda keçiriləcək.

Qaynarinfo xəbər verir ki, 2027-ci il FIA Formula 1 Dünya Çempionatının təqvimi açıqlanıb. Təqvimə əsasən, "Formula 1 Turkish Grand Prix" 1-3 oktyabr 2027-ci il tarixlərində TOSFED İstanbul Parkda təşkil olunacaq.

İstanbul mərhələsi oktyabrın 1-də sərbəst yürüşlərlə başlayacaq. Oktyabrın 2-də növbəti sərbəst yürüş və sıralanma turu keçiriləcək. Əsas yarış isə oktyabrın 3-də baş tutacaq.

Türkiyənin Formula 1 təqviminə qayıdışı bu ilin aprelində Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən mərasim zamanı elan edilmişdi. Bununla da İstanbul dünyanın ən nüfuzlu avtomobil idmanı yarışlarından birinə yenidən ev sahibliyi edəcək.

Məşhur 8-ci döngə yenidən diqqət mərkəzində

Formula 1 bolidləri 5,3 kilometrlik TOSFED İstanbul Park trasında mübarizə aparacaq. Ötmə imkanlarının çoxluğu, yüksəklik fərqləri və texniki xüsusiyyətləri ilə seçilən trek pilotlar üçün ciddi sınaq hesab olunur.

Trasın ən məşhur hissələrindən biri olan 8-ci döngə isə xüsusilə diqqət çəkir. Bir neçə dönmədən ibarət uzun sol döngə yüksək sürətlə keçilir və pilotlardan yüksək dəqiqlik tələb edir.

Yarışın İstanbulda keçirilməsinin şəhərin idman turizminə, iqtisadiyyatına və beynəlxalq tanıtımına töhfə verəcəyi gözlənilir.

TGA-dan qlobal tanıtım kampaniyası

Formula 1-in Türkiyəyə qayıdışı ilə əlaqədar İstanbulun beynəlxalq səviyyədə tanıdılması istiqamətində də kampaniyalar genişləndiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası, Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyinin (TGA) hazırladığı "Catch It If You Can" tanıtım filmi artıq 571 milyondan çox baxış toplayıb.

Qarşıdakı dövrdə beynəlxalq media layihələri, rəqəmsal kampaniyalar və müxtəlif ölkələrdən kontent yaradıcıları ilə əməkdaşlıqlar vasitəsilə İstanbulun qlobal tanıtımına diqqət artırılacaq.

Formula 1 yarışlarının 2027-2031-ci illərdə TOSFED İstanbul Parkda keçirilməsi nəzərdə tutulur. Yarışların təşkili TOSFED tərəfindən həyata keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 411   Tarix: 17 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qrizmann ilin ən yaxşı futbolçusu seçildi

"Orlando Siti"nin hücumçusu Antuan Qrizmann MLS-də ilin ən yaxşı yeni futbolçusu adına layiq görülüb. xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu 2026-cı ilin martında "Orlando Siti" ilə müqavilə imzalayıb, iyulda isə komandanın heyətinə qoşulub

18 noyabr
.

"Arsenal" Bundesliqanın ən yaxşı futbolçularından birini heyətinə qatmaq istəyir

İngiltərənin "Arsenal" klubu qış transfer dönəmində norveçli cinah oyunçusu Antonio Nusanı heyətinə qatmağı nəzərdən keçirir. "TEAMtalk"a istinadən xəbər verir ki, "topçular" Almaniyanın "Leyptsiq" komandasında çıxış edən 21 yaşlı oyunçunun nümayəndələri ilə artı

16 noyabr
.

Marşal Adaları FIFA-ya üzv olmaq istəyir

Marşal Adaları milli komandası futbol proqramını inkişaf etdirir və FIFA tərəfindən tanınmağa çalışır. xəbər verir ki, bu barədə Marşal Futbol Federasiyasının nümayəndəsi Mett Uebb açıqlamasında bildirib. O, növbəti 12 ay ərzində öz ölkələrində bir oyun keçirməyi hədəflədiklərini söyləyib:. "Bu

19 noyabr
.

Niderland millisi rəsmi turnirlər tarixində ən böyük məğlubiyyətlə üzləşib

Niderland yığması rəsmi turnirlər tarixində ən böyük məğlubiyyətini alıb. xəbər verir ki, bu, noyabrın 16-da UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Almaniya ilə oyunda reallaşıb. Bu, rəqibinə 0:5 hesabı ilə məğlub olan "narıncılar"ın rəsmi turnirlər tarixində ən böyük məğlubiyyət

17 noyabr
.

Mbappeyə irqçi şüarlar səsləndirən azarkeşə ağır cəza verildi

"Real"ın ulduz futbolçusu Kilian Mbappeyə qarşı irqçi şüarlar səsləndirən azarkeş 11 ay azadlıqdan məhrum edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Belə ki, ötən mövsüm "Real Oviedo"ya qarşı keçirilən matçda azarkeşlərdən bir

17 noyabr
.

"Liverpul" Trey Nyoni ilə müqavilənin müddətini yeniləməyə yaxındır

İngiltərənin "Liverpul" klubu futbolçusu Trey Nyoni ilə müqavilənin müddətini uzatmağa yaxındır. "GiveMeSport"a istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir və 19 yaşlı ingiltərəli yarımmüdafiəçi ilə yeni sözləşmə noyabrdakı beynəlxalq fasilə zamanı imzalan

12 noyabr
.

"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto

Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün

8 noyabr
.

"Mançester Yunayted" almaniyalı futbolçunu transfer etmək istəyir

İngiltərənin "Mançester Yunayted" klubu Almaniya millisinin və "Nyukasl"ın müdafiəçisi Malik Tiavı transfer etmək niyyətindədir. xəbər verir ki, bu barədə "Sky Sport Germany" nəşri məlumat yayıb. Bildirilib ki, "qırmızı şeytanlar" 25 yaşlı futbolçunu yay transfe

18 noyabr
.

Viktor Osimhen əməliyyat olundu

Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Viktor Osimhen əməliyyat olunub. xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Nigeriyalı hücumçu UEFA Çempionlar Liqasında "Ştutqart"la matçda sol dizindən zədə alıb. Aparılan maqnit rezonans tomoqrafiya (MRT

8 noyabr