Ayıların hücumlarına görə - Komendant saatı elan etdilər
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində ayıların hücumu ilə əlaqədar komendant saatı tətbiq edilib.
"Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, qərarla axşam saat 19:00-dan etibarən insanların küçələrdə, parklarda və meşə massivlərində olması qadağan olunub.
Şəhər administrasiyası həmçinin meşəyə, uzaq ərazilərə getməyi, eləcə də yabanı bitkilər toplamağı qadağan edib. Ev heyvanlarının gəzdirilməsi yalnız günün işıqlı vaxtında həyata keçirilməlidir. Administrasiyanın müraciətində ayıların insanlardan qorxmadığı, meşənin isə hazırda "ölümcül təhlükə zonası" olduğu bildirilib.
Xatırladaq ki, son zamanlar Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Sentyabr ayı ərzində təkcə İrkutsk vilayətində ayıların hücumu nəticəsində üç nəfər həlak olub. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev ayıların hücumları səbəbindən bütün region ərazisində yüksək hazırlıq rejiminin tətbiq ediləcəyini elan edib. Sentyabrın 17-də vilayət rəhbərliyi 353 ayının öldürülməsi barədə qərar qəbul edib. İndiyədək 176 heyvanın öldürüldüyü bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 83 Tarix: 18 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pentaqon 25 min ABŞ əsgərini Avropadan çıxara bilər
Pentaqon təxminən 25.00 Amerika əsgərini, eləcə də döyüş təyyarələrini, gəmilərini və silahlarını Avropadan çıxarmağı nəzərdən keçirir. xəbər verir ki, NBC News yazır ki, "Pentaqon təyyarələri, gəmiləri, silahları və on minlərlə Amerika əsgərini Avropadan çıxarmaq üçün radikal bir plan nəzərdə
18 sentyabrTrampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ
16 sentyabrToqo bayrağı altında üzən tanker Hörmüz boğazında yanğına səbəb olub
Toqo bayrağı altında üzən Trend tankeri Hörmüz boğazından icazəsiz keçməyə cəhd edib, daha sonra yanğın səbəbindən zədələnib və dayanıb. xəbər verir ki, agentliyin Telegram kanalında deyilir: "Dünən gecə Toqo bayrağı altında üzən Trend tankeri qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd edi
18 sentyabrKolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Kolumbiyada Çoko departamentinin Kondoto şəhərindən Boqotadakı Quaymaral hava limanına uçuş zamanı qəzaya uğrayan Cessna T206 təyyarəsi tapılıb. Təyyarədə olan beş nəfərin hamısı həlak olub. xəbər verir ki, bu barədə 16 sentyabrda ölkə prezidenti Abelardo de la Esperanza X sosial şəbəkəsində məluma
17 sentyabrPaşinyan rus dili kurslarına gedir
Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa
17 sentyabrMərkəzi Asiya-Cənubi Koreya investisiya fondunun yaradılması təklif edilib
Qırğızıstan prioritet layihələrin maliyyələşdirilməsi və Koreya biznesinin region bazarlarında iştirakının genişləndirilməsi üçün Mərkəzi Asiya ölkələri və Cənubi Koreyanın birgə investisiya fondunun yaradılmasını təklif edir. "Report" Qırğızıstan liderinin mətbuat xidmətinə istinadən xəbə
16 sentyabrEl-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil
17 sentyabrTəkcə göydələnlər deyil: Az adamın bildiyi başqa Dubayı harada görmək olar?
Dubay nəhəng göydələnləri, dəbdəbəli ticarət mərkəzləri və bahalı restoranları ilə assosiasiya olunur. Lakin əmirliyin parlaq fasadının arxasında tarixi məhəllələr, qədim qayıqlar və küçə yeməkləri də gizlənir. Qaynarinfo xəbər verir ki, Yaxın Şərqdəki gərgin vəziyyətə baxmayaraq, Dubayda həyat adi ritmd
17 sentyabrSeul Hörmüz boğazına hərbçi göndərməyəcək
Cənubi Koreya ordusunu Hörmüz boğazına göndərməyəcək. xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib. "Qoy aydın olsun. Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq", - deyə Li Ce-myen cümə günü Ryeonghap agentliyinin keçirdiy
18 sentyabr