Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?
Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyon forint (təxminən 63 milyard avro) olan konsessiya sazişindən gedir. Müqaviləyə əsasən, ölkənin əsas avtomobil yolları "Magyar Koncesszios Infrastruktura Fejleszto" (MKIF) şirkətinin idarəçiliyinə verilməli idi.
Madyarın sözlərinə görə, aparılan yoxlamalar nəticəsində müqavilədə həm Macarıstan qanunvericiliyinin, həm də Avropa İttifaqı normalarının pozulduğu aşkar edilib. Buna görə də məsələ hüquq-mühafizə orqanlarına təqdim olunacaq. Nəqliyyat və investisiyalar naziri David Vitezi bu sazişi dövlət vəsaitlərinin mənimsənilməsi cəhdi kimi qiymətləndirib. O qeyd edib ki, sabiq baş nazirə yaxın iş adamlarına məxsus olan şirkətin yol şəbəkəsinin inkişafı üçün tələb olunan investisiyaları yatırmaq öhdəliyi müqavilədə öz əksini tapmayıb.
FİDES partiyasının parlament fraksiyası onlara qarşı irəli sürülən ittihamları rədd edərək, hazırkı Nazirlər Kabinetinin bu addımını siyasi qisas adlandırıb. Siyasətçilər həmçinin vurğulayıblar ki, müqavilənin imzalandığı vaxt indiki rəhbər şəxslər də yol təsərrüfatı ilə bağlı qurumlarda vəzifə tuturdular.
Operator şirkətin nümayəndələri də öz növbəsində bütün iddiaları təkzib ediblər. Onlar bildiriblər ki, bu razılaşma mürəkkəb iqtisadi vəziyyət dövründə avtomobil yolları infrastrukturunu işlək vəziyyətdə saxlamağa imkan yaradıb.
Xatırladaq ki, korrupsiyaya qarşı mübarizə apardığını bildirən Peter Madyarın sərvəti Viktor Orbandan on dəfə çox olub. 2025-ci ilin maliyyə hesabatlarına əsasən, Orban və həyat yoldaşının hesabında cəmi 25.6 min avro var və onların heç bir səhmi və ya qiymətli kağızı yoxdur. Madyar isə bəyannaməsində təxminən 250 min avro dəyərində aktivlər, həmçinin qiymətli kağızlar, depozitlər və fondlara edilən investisiyalar göstərib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 139 Tarix: 19 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak
18 sentyabr 2021İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI
Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar
17 sentyabr 2021Merkel rəsmi mərasimdə ayaq üstə dura bilmədi – VİDEO
Ötən illərdə ara-sıra titrəmələrilə diqqət çəkən Almaniya Kansleri Angela Merkel Albaniyada rəsmi qarşılanma mərasimi zamanı stulda əyləşib. Hökumət başçısının rəsmi protokola uyğun olaraq ayaq üstə dura bilməməsi onun səhhətilə bağlı gəzən şayiələri yenidən gündəmə gətirib. Qeyd edək ki, Merkel il
15 sentyabr 2021Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı
Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis
15 sentyabr 2021Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021