Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - FotoAmerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cari prezidentlik müddətində əldə etdiyini düşündüyü "25 əsas nailiyyət"in siyahısını ictimaiyyətə təqdim edib. O, əvvəllər də vurğuladığı kimi, "8 irimiqyaslı müharibənin nizamlanması" bəndinə Bakı ilə İrəvan arasında əlaqələrin normallaşdırılmasını da daxil edib.

Oxu.Az xəbər verir ki, ABŞ rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Diqqətçəkən məqam odur ki, Tramp siyahıya yazdığı şərhdə hazırkı müddəti üçüncü prezidentlik dönəmi adlandırıb. Xatırladaq ki, rəsmi olaraq Donald Tramp ABŞ-nin 45-ci və 47-ci prezidentidir, yəni bu vəzifəni ikinci dəfə icra edir. Lakin o, 2020-ci il seçkilərində Co Baydenə məğlubiyyətini hələ də qəbul etmir və bu məntiqə əsaslanaraq hazırkı mandatını üçüncü hesab edir. Qeyd etmək lazımdır ki, ABŞ Konstitusiyası (1951-ci ildə təsdiqlənmiş 22-ci düzəliş) bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edir - Tramp isə bu ifadəni daha çox siyasi gediş kimi işlədir.

"25 əsas nailiyyət"in siyahısına aşağıdakı bəndlər daxil edilib:

1. Ölkə tarixində ən etibarlı qorunan cənub sərhədini təmin edib - iddiaya görə, son 16 ay ərzində ABŞ-yə heç bir qeyri-qanuni miqrant buraxılmayıb.

2. Təhlükəli cinayətkarların - qanunsuz miqrantların ABŞ şəhərlərinin küçələrindən uzaqlaşdırılması üçün Leyken Rayli qanununu imzalayıb.

3. Qətl səviyyəsinin müşahidələr tarixində ən böyük düşüşünə - 1900-cü ildən bəri son 125 ilin ən aşağı göstəricisinə nail olub.

4. Yaşlı amerikalılar üçün bəxşiş, əlavə iş saatları və sosial təminat ödənişlərindən verginin ləğvi də daxil olmaqla, ABŞ tarixində ən böyük vergi endiriminə imza atıb.

5. ABŞ iqtisadiyyatına Çinin illik ÜDM-i ilə müqayisə oluna biləcək məbləğdə - 19.2 trilyon dollar həcmində yeni investisiyaların cəlbi üzrə öhdəlikləri təmin edib.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto6. İstehsalatı ABŞ ərazisinə qaytarmaq məqsədilə tarixi tariflər tətbiq edib, o cümlədən idxal edilən mis, alüminium və polada 50%, idxal avtomobillərinə isə 25% rüsum qoyub.

7. Seçkilərdən sonra fond bazarı 80 dəfə yeni tarixi maksimumlar müəyyənləşdirib.

8. Hazırda ABŞ-də ölkə tarixinin istənilən dövründən daha çox insan işləyir.

9. ABŞ ordusuna tarixin ən böyük investisiyasını təmin edib - cari ildə 1 trilyon dollar və gələn il üçün nəzərdə tutulan 1,5 trilyon dollar.

10. Axtarışda olan Venesuela diktatoru Nikolas Maduronu ələ keçirərək məsuliyyətə cəlb edib.

11. Tehranın heç vaxt nüvə silahı əldə etməməsinə zəmanət vermək üçün İranın uran zənginləşdirmə potensialını məhv edib.

12. Narkokartellərə qarşı çoxsaylı uğurlu hərbi zərbələr endirib. Nəticədə ABŞ sərhədindən fentanil axını 60% azalıb.

13. 300%, 400%, 500% və 600% qiymət fərqlərini aradan qaldıraraq bir çox reseptli dərmanların dəyərini aşağı salmaq üçün ən əlverişli rejim müqavilələri imzalayıb.

14. "Yaşıl yeni yalan"a son qoyub, energetika sahəsində fövqəladə vəziyyət elan edərək "qaz, körpə, qaz" (Drill, Baby, Drill) prinsipini tətbiq etməyə başlayıb.

15. ABŞ avtomobil sənayesi üçün məhvedici hesab etdiyi elektromobil mandatını və digər "ağılsız" normaları ləğv edib.

16. Amerika ixracı tarixin ən yüksək səviyyəsinə qalxıb - bu il ölkə 2.3 trilyon dollarlıq mal ixracı göstəricisinə doğru irəliləyir.

17. Bütün federal hökumət və özəl sektorda Trampın fikrincə, ayrı-seçkilik xarakteri daşıyan "müxtəliflik, bərabərlik və inklüzivlik" (DEI) siyasətlərini ləğv edib.

18. Kişilərin qadın idman yarışlarında iştirakına qadağa qoyub.

19. Məktəblərdə transgenderlik ideologiyasını və kritik irq nəzəriyyəsini yasaqlayıb.

20. Hər bir yeni doğulan körpə üçün 8 000 dollardan başlayan, hər bir amerikalı uşaq üçün vergidən azad investisiya hesabları olan "Tramp hesabı"nı işə salıb.

Tramp 25 əsas nailiyyətini açıqladı: Siyahıda Bakı və İrəvan arasında sülh də var - Foto21. İlk 12 ay ərzində tarixi sülh sazişləri bağlayaraq 8 müharibəni nizamlayıb, o cümlədən Qəzzadakı müharibəni bitirib. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tənzimlənməsi də bu bəndə daxildir.

22. Bütün sağ əsirlərin öz ailələrinə qovuşmasına, eləcə də həlak olanların cəsədlərinin qaytarılmasına nail olub.

23. Somali və digər "təhlükəli" regionlar da daxil olmaqla, ABŞ-yə bütün qaçqınların qəbulunu dayandırıb.

24. Vaşinqton, Memfis və Yeni Orleanda qanunun və asayişin bərpası üçün Milli Qvardiyanı səfərbər edib.

25. İngilis dilini Birləşmiş Ştatların rəsmi dili elan edib.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, onun amerikalı həmkarı Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşün yekunlarına əsasən, Birgə Bəyannamə imzalanıb, həmçinin ikitərəfli sülh sazişinin mətni paraflanıb. Bununla da regionumuzda uzun illərdir davam edən münaqişəyə son qoyulub və sülh prosesi rəsmən yeni siyasi mərhələyə qədəm qoyub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 85   Tarix: 19 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq

Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə

18 sentyabr
.

Vance İranla münaqişənin birinci mərhələsinin başa çatdığını elan etdi

ABŞ-ın vitse-prezidenti J.D. Vance "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasındakı münaqişə bir neçə ay ərzində "tamamilə yeni bir mərhələyə" qədəm qoyacaq. xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton münaqişənin birinci mərhələsinin bitdiyini düşünü

16 sentyabr
.

Macarıstan gələn ilin oktyabrına qədər Rusiya qazından imtina etməyə hazırlaşır

Macarıstan hesab edir ki, Avropa İttifaqının Rusiya qazından imtina üçün müəyyən etdiyi müddətə - 2027-ci ilin oktyabrına qədər ölkənin qaz tələbatı qeyri-Rusiya mənbələri hesabına da təmin olunacaq. xəbər verir ki, bu barədə Macarıstanın iqtisadiyyat və energetika naziri İştvan Kapitan "Telex"

18 sentyabr
.

Avropa Komissiyası 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan etməyi təklif edib

Avropa Komissiyası internetdə uşaqların müdafiəsi üçün yeni qaydaları, o cümlədən sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərini nəzərdə tutan "EU KIDS Act" reqlament layihəsini təqdim edib. "Report"-un Avropa bürosu xəbər verir ki, sənədə əsasən, 13 yaşından kiçik uşaqlar

17 sentyabr
.

Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?

Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır. xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyo

19 sentyabr
.

Böyük Britaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiyanı Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Rusiya XİN-in məlumatına istinadən xəbər verir. Nazirlikdə diplomata London tərəfindən Ukraynaya PUA və digər silah sistemləri tədarükünün artırılması ilə əlaqədar etiraz bildirilib

18 sentyabr
.

Mariya Zaxarova: "Rusiya və Gürcüstan xalqları bir-biri üçün darıxıb"

Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib. "Düşünürəm ki, Gürcüstan nümayəndə heyətin

19 sentyabr
.

Paşinyan rus dili kurslarına gedir

Ermənistanın baş naziri Nikol Paşinyan İdarəetmə Akademiyasında təhsil alaraq rus dilini öyrəndiyini bildirib. Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclası zamanı məlumat verib. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyanın dövlət idarəçiliyində çalışa

17 sentyabr
.

Trampın impiçment tələbi ilə bağlı sənəd qəbul olunmadı

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun başlanmasını tələb edən qətnaməni qəbul etməyib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, hazırkı dövlət başçısının təmsil olunduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələ

16 sentyabr