Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər.
Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərlə qidalanmır. Onların əsas qidası insan və heyvan qanıdır. Lakin çoxsaylı yarpaq və gövdələr həşəratların gizlənməsi üçün əlverişli mühit yarada bilər.
Bu baxımdan qıjı, fikus, sarmaşıq, drasena və səhləb kimi bitkilər daha çox diqqət çəkir. Bununla belə, məhz bu bitkilərin taxtabitiləri digər bitkilərdən daha çox cəlb etdiyini sübut edən kifayət qədər dəlil yoxdur.
Taxtabitləri bitkinin yarpaq və gövdəsində, dibçəyin ətrafında və altında gizlənə bilər. Onlar torpaqda yaşamırlar.
Əgər evdə taxtabitindən şübhələnirsinizsə, ilk növbədə çarpayı, döşəyin tikişləri, çarpayının karkası, başlığı və mebel aralıqları yoxlanmalıdır. Çünki bu həşəratlar əsasən insanın yatdığı yerə yaxın ərazilərdə gizlənirlər.
Yataq otağındakı bitkilərin də dibçəyinin altını, yarpaqlarını və gövdəsini yoxlamaq tövsiyə olunur. Tünd nöqtələr, qabıq qalıqları və həşəratların özü onların varlığının əlaməti ola bilər.
Yataq dəstində pas rənginə bənzər qırmızı ləkələr və kiçik tünd izlər də taxtabitilərin əlamətlərindən sayıla bilər. Lakin yalnız bədəndə dişləmə izlərinin olması onların evdə olduğunu dəqiq sübut etmir.
Mütəxəssislər qeyd edirlər ki, taxtabiti əlaməti yoxdursa, ev bitkilərini atmağa ehtiyac yoxdur. Sadəcə çox sıx bitkiləri çarpayının birbaşa yanında saxlamaq məsləhət görülmür.
Əsas məsələ yatağın ətrafını səliqəli saxlamaq və həşəratların gizlənə biləcəyi yerləri mütəmadi yoxlamaqdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 375 Tarix: 20 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrDünyada sahili olmayan yeganə dəniz
Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur
14 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrSatın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
7 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11 noyabrÖlümdən iki gün əvvəl orqanizmdə nə baş verir?
Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə
15 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabr