Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü

Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldüAlmaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır.

Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə planla tanış olan iki mənbə məlumat verib.

Mənbələrin məlumatına görə, AfD-nin həmsədrləri Alisa Vaydel və Tino Xrupalla 2027-ci ildə Rusiyanın dövlət fondunun rəhbəri və Prezident Vladimir Putinin iqtisadi məsələlər üzrə müşaviri Kirill Dmitriyevlə görüşməyi planlaşdırırlar.

Mənbələrdən biri bildirib ki, görüş yalnız Rusiya ilə Ukrayna arasında sülh çərçivəsi barədə razılıq əldə olunacağı təqdirdə keçirilə bilər. Təşkilatçılar görüşdə AfD, Rusiya və ABŞ nümayəndələrinin bir araya gəlməsini nəzərdə tuturlar.

Sammit üçün İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan mümkün məkanlar kimi nəzərdən keçirilir.

Bildirilib ki, görüşdə Rusiyadan Almaniyaya qaz tədarükünün bərpası, o cümlədən "Şimal axını" qaz kəmərlərinin yenidən işə salınması məsələsinin müzakirə olunması planlaşdırılır.

Xatırladaq ki, sentyabrın 6-da AfD Saksoniya-Anhalt əyalətində keçirilən seçkidə birinci olub. Bu, partiyanın əyalət səviyyəsində hökumətin formalaşdırılması imkanını əldə etdiyi ilk belə nəticədir.

Bundan sonra AfD-nin həmsədri Tino Xrupalla partiyanın Rusiya ilə münasibətlərin normallaşdırılmasını dəstəklədiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 97   Tarix: 20 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Trampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi

ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd

20 sentyabr
.

Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər

Almaniyanın xarici işlər naziri Yohan Vadeful omanlı həmkarı Bədr əl-Busaidi ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. "Report" xəbər verir ki, bu barədə Vadeful "X" sosial şəbəkəsində yazıb. "Mənim həmkarım, Omanın xarici işlər naziri Bədr əl-Busaid

19 sentyabr
.

Avstraliyada üzgüçüyə hücum edən köpəkbalığının öldürülməsi barədə qərar verilib

Avstraliyada köpəkbalığının üzgüçüyə ölümlə nəticələnən hücumundan sonra Pert bölgəsindəki bir sıra çimərliklər bazar gününə qədər bağlı qalacaq. "Report" BBC-yə istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının səlahiyyətliləri köpəkbalığının tutulması və öldürülməsi barədə nadir qərar veriblər

20 sentyabr
.

Bolqarıstan səfirini geri çağırdı və vəzifəsindən azad etdi

Bolqarıstanın Xarici İşlər Nazirliyi korrupsiya əməllərində şübhəli bilindiyi üçün ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri İvan Yordanovu geri çağırıb. xəbər verir ki, bu barədə Bolqarıstanın "Fokus" nəşri məlumat yayıb. Bildirilir ki, Bolqarıstanın xarici işlər naziri Velislav

19 sentyabr
.

Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?

Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır. xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyo

19 sentyabr
.

"Hraparak": Hindistan dronları qalib gəldi

"Bizdə olan məlumata görə, Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz texnologiyaların inkişafını yaxından izləməyə davam edir. Onlar artıq yerli pilotsuz uçuş aparatları istehsalçıları ilə əməkdaşlıq etsələr də, Ermənistan Silahlı Qüvvələri üçün daha böyük təchizat təmin etmək qərarına gəliblər

19 sentyabr
.

Göyçə gölü üzərindəki tornadonun görüntüləri paylaşıldı - VİDEO

Ermənistanda, Sevan (Azərbaycan toponimi - Göyçə) gölündə tornado müşahidə olunub. xəbər verir ki, görüntüləri Ermənistan Hidrometeorologiya Mərkəzinin rəis müavini Qaqik Surenyan özünün sosial şəbəkə hesablarında paylaşıb. Göyçə gölü üzərində qeydə alınmış burulğan görüntüləri marağa səbəb olub

19 sentyabr