Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdıTürkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşam saatlarında Payas rayonunun Yenişehir məhəlləsində baş verib. Məlumata görə, 54 yaşlı K.Ç. boşanma prosesində olduğu və iki övladının anası olan həyat yoldaşı Emine Çilə ov tüfəngi ilə atəş açıb.

Ağır yaralanan qadın hadisə yerində həyatını itirib.

Xəbər daxil olduqdan sonra əraziyə polis əməkdaşları göndərilib. Hadisədən sonra ərazidən uzaqlaşan K.Ç. polis tərəfindən saxlanılıb. Şübhəli şəxsin cinayətdə istifadə etdiyi ov tüfəngi də onun üzərindən götürülüb. Onun polis bölməsində dindirilməsi və digər prosessual tədbirlər davam edir.

Digər tərəfdən, Emine Çilin ölümündən təxminən 2 saat əvvəl sosial media hesabında ard-arda etdiyi iki paylaşım diqqət çəkib.

Qadın paylaşımlarından birində belə yazıb:

"Çiçəklər çox gözəl açanda ‘yerini sevdi’ deyirik. İnsan üçün də eyni şey keçərlidir. Açdığı yer var, solduğu yer var."

Digər paylaşımında isə bu ifadələr yer alıb:

"Sıfırdan gəlmişəm, yıxılmaqdan qorxum yoxdur. Ol əmrini verən, öl əmrini verənə qədər oyundayam."

Paylaşımların cinayətdən cəmi bir neçə saat əvvəl edilməsi sosial mediada diqqət çəkib. Hadisə ilə bağlı hüquqi araşdırma davam edir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 401   Tarix: 21 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir

Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl

20 sentyabr
.

Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehd

19 sentyabr
.

Qəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO

Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib

10 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Sürücülük vəsiqəsini 20 gün əvvəl almışdı: 18 yaşlı gənc motosiklet qəzasında öldü - VİDEO

Türkiyənin Antalya şəhərində motosiklet qəzası 18 yaşlı Mehmet Ege Sulanın həyatına son qoyub. Gəncin sürücülük vəsiqəsini cəmi 20 gün əvvəl aldığı məlum olub. xarici mediaya istinadla xəbər verir ki, hadisə Muratpaşa rayonunun Kızılsaray məhəlləsində, Tonguç prospektinin Tonguç yeraltı keçidində gec

14 sentyabr
.

Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub

Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını

15 sentyabr
.

Hərəkətdə olan maşından atılan fişəng böyük yanğına səbəb oldu: 1 ölü, 6 yaralı - VİDEO

ABŞ-da 4 İyul - Müstəqillik Günü qeyd etmələri zamanı gənclərin hərəkətdə olan pikapın yük yerindən fişəng atdığı görüntülər yayılıb. xarici mediaya istinadla xəbər verir ki, səlahiyyətlilər həmin fişənglərdən birinin böyük meşə yanğınına səbəb olduğunu ehtimal edirlər. Hadisə Vaşinqton ştatının Chela

17 sentyabr
.

Göygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir

Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl

20 sentyabr
.

Marketdəki uşaq yeməklərinə gizlicə zəhər yerləşdirdi, 5 körpə xəstəxanalıq oldu - VİDEO

İsrailin Qüds şəhərində körpələr üçün nəzərdə tutulan meyvə pürelərinə sakitləşdirici və anestezik təsirə malik maddələr yeritdiyi iddia olunan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, İsrail polisi iyun ayında bəzi uşaqların zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılmasından sonr

10 sentyabr