Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır
"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan, ailəsinin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq, hər bir uşaq eyni şərtlərdə təhsil almalı və eyni imkanlara malik olmalıdır".
Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Ekspert bildirib ki, Azərbaycanda təhsil sistemi dünyəvi xarakter daşıyır:
"Dünyəvi təhsil məktəbi bütün şagirdlər üçün neytral və inklüziv mühit olmalıdır. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət etməli, onlarda kollektivə aidlik, məsuliyyət və məktəbli kimliyi hissinin formalaşmasına müsbət təsir göstərməlidir. Uşaqların eyni mühitdə təhsil alarkən geyim baxımından bir-birindən fərqlənməməsi onların psixologiyasında da mühüm rol oynayır. Bu, şagirdlər arasında sosial-iqtisadi fərqlərin və ayrı-seçkilik risklərinin azalmasına imkan yarada bilər. Geyim qaydalarının müəyyən edilməsi məktəb-valideyn əməkdaşlığının güclənməsinə də töhfə verə bilər. Bu baxımdan vahid məktəbli geyimi təhsil prosesinin keyfiyyətinə də dəstək verən vasitə kimi qiymətləndirilə bilər".
Onun sözlərinə görə, təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına riayət bütün şagird və valideynlər üçün vacibdir:
"Burada məqsəd hansısa ayrı-seçkiliyə və ya fərqləndirməyə yol vermək deyil. Məktəbli geyimi məsələsi yalnız geyim mövzusu deyil, həm də təhsil fəlsəfəsi və sosial adaptasiya məsələsidir. Buna görə də bu yanaşma nəzərə alınmalıdır. Məktəbli forması tədris prosesinə və yaş xüsusiyyətlərinə uyğun, rahat və praktiki istifadə prinsipləri əsasında müəyyən edilir. Bir sözlə, vahid məktəbli formasının əsas məqsədi məktəbə aidlik hissini gücləndirmək, məktəbdə bərabər mühit yaratmaq və təhsil mühitinə uyğun ümumi prinsiplərin formalaşdırılmasına şərait yaratmaqdır. Təhsil müəssisəsində müəyyən edilmiş etik çərçivələrə uyğun olmayan geyimlərin istifadəsi yolverilməzdir və bu, təhsil mühitinə mənfi təsir göstərən məsələ kimi qiymətləndirilə bilər".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 89 Tarix: 22 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr"Əsl şikayəti olan gedib sözünü nazirə deyə bilmir"
"Səhiyyə naziri qəbula gedir. Bəndi-bərəni elə kəsdirirlər ki, ora yaxınlaşmaq olmur". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib. "Əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamlar
21 sentyabrAzərbaycan ayaqqabı istehsalını 44 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 828,1 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,3 % çoxdur. Təkcə avqustda isə ölkədə 118 min cüt ayaqqabı istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrİş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki
20 sentyabrMərhum xanəndənin övladı atası barədə nələr danışdı?
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı Xalq artisti Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığına həsr olunub. Xalq artistinin oğlu Rahim Bağırzadə verilişdə atasının sənət yolu və toy məclislərində qazandığı böyük nüfuzla bağlı xatirələrini bölüşüb:. "Bir vaxtlar Məmmədbağı
21 sentyabr