Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."
Əməkdar artist Münəvvər Əliyeva mərhum Xalq artisti Aygün Bəylərlə illər əvvəl yaşadığı küsülülüyün səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, aktrisa Aygün Bəylərlə Elçinin "Qatil" tamaşasında yaratdığı müəllimə obrazına görə incik düşdüklərini bildirib.
Münəvvər Əliyevanın sözlərinə görə, Aygün Bəylər onun ən yaxın rəfiqəsi olub. Lakin "Qatil" tamaşasından yayılan fotolar onların münasibətlərində narazılığa səbəb olub.
Aktrisa həmin günləri belə xatırlayıb:
"Xalq artisti Aygün Bəylər ən yaxın rəfiqəm idi. Allah ona rəhmət eləsin. "Qatil" tamaşasından şəkillərimə baxıb hirsləndi. O zaman tamaşadan fotolar sosial şəbəkələrdə çox paylaşılmışdı. Dedi ki, "Niyə belə rollar oynayırsan? Bu, düzgün deyil. Sən dost-tanış, qohum-əqrəba düşünmürsən?".
Onun xətrini çox istəyirdim, amma sözümü dedim və onunla bir müddət küsülü qalmalı oldum. Dedim ki, mən bu sənəti seçəndə, xüsusilə də mənim dövrümdə, çox böyük çətinliklərdən keçmişəm. Ailəm, qardaşım bu sənətə gəlməyimə razı deyildi. Mən bu peşəyə gələn yolda çox şeydən keçməli oldum, müəyyən mənada qurbanlar verdim".
Münəvvər Əliyeva bu gün də belə obrazları canlandırmaqdan çəkinmədiyini bildirib.
Qeyd edək ki, Əməkdar artist Münəvvər Əliyeva bu barədə "Teleqraf"a müsahibəsində danışıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sibel Canın toy tarixi bəlli oldu
Türkiyəli məşhur müğənni Sibel Canın özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcəyi tarix bəlli olub. Axşam.az xəbər verir ki, toy sentyabrın 17-də Muğlanın Marmaris şəhərində keçiriləcək. Məclisdə 500 nıfırin iştirakı gözlənilir. Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir
6 sentyabrMüğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluq etməkdə ittiham olunan "Hüquq-Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri olmuş Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlə
16 sentyabrGülben Ergen yay tətilinə belə vida etdi: son günündən həzz aldı
Gülben Ergen yay tətilinə hovuz kənarında dincələrək vida edib. xarici KİV-ə istinadən xəbər verir ki, tətilinin son gününü doyunca yaşayan məşhur müğənni sosial şəbəkə hesabında bu sözləri yazıb. "Əgər məktəblər sabah açılırsa, bu gün tətilin son günüdür"
14 sentyabr"Mənə qutab verməyən o qayınanamı heç yada salmaq istəmirəm" - VİDEO
Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva keçmiş həyat yoldaşı və onun ailəsi ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, sənətçi keçmiş qayınanası barədə danışmaq istəmədiyini bildirərək onunla bağlı eşitdiyi məlumatları da bölüşüb. Fatimə Fətəliyevanın sözlərinə görə
5 sentyabrTəcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
"Atamı öd kisəsindəki problemlə bağlı əməliyyat etdirməli olduq, hazırda vəziyyəti yaxşıdır". Bunu -a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalı Taciroğlu deyib. "Çox şükür danışır, yeyir, gəzir. Hər şey qaydasındadır. Bu günə, sabaha yəqin ki evə buraxılacaq"
22 sentyabrAlimlər yeni həşərat cinsinə Teylor Sviftin adını verdi
ABŞ-ın Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri yeni həşərat cinsini amerikalı müğənni Teylor Sviftin şərəfinə adlandırıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Taxtabitilər cinsinə Swiftiephylus adı verilib. Cinsə dörd növ daxildir. Onların latınc
10 sentyabrKamil Zeynallının BAŞINA İŞ GƏLDİ: Onun üçün dua etdi - VİDEO
Fitnes məşqçisi Kamil Zeynallı istirahət üçün Tailand səfərinə çıxıb. xəbər verir ki, o, sosial media hesabında buddist rahiblə çəkdirdiyi maraqlı görüntüləri paylaşıb. Görüntülərdə rahib əvvəlcə idmançının qoluna rəngli ip bağlayaraq onun üçün dua edir. Daha sonra isə əlindəki nazik, süpürgəyə bənzə
5 sentyabrAlim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis
21 sentyabr