Dövlət başçısının müşavirədəki çıxışı gələcək istiqamətlərin və yol xəritəsinin konturlarını göstərir - POLİTOLOQ

Dövlət başçısının müşavirədəki çıxışı gələcək istiqamətlərin və yol xəritəsinin konturlarını göstərir - POLİTOLOQ"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramına dair çıxışı geniş və əhatəli idi və bir neçə aspekti özündə ehtiva edirdi. İlk növbədə bir daha xatırlayırıq ki, işğal dövründə ermənilər Azərbaycanın təbii sərvətlərini talayıb, qarətçilik siyasəti həyata keçiriblər. Təbii ki, bizə vurulan zərərin dəqiq miqdarını, göstəricilərini və statistikasını öyrənmək lazımdır".

Bunu Sonxeber.az-a açıqlama politoloq Tofiq Abbasov deyib.
Dövlət başçısının müşavirədəki çıxışı gələcək istiqamətlərin və yol xəritəsinin konturlarını göstərir - POLİTOLOQO, bildirib ki, digər tərəfdən, artıq qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni istiqamətlər özünəməxsus fəallıq impulsu alır:

"Çünki bu işlər ilk növbədə bölgələrdə yeni iş yerlərinin açılması ilə bağlıdır. Yataqların və metallurgiya müəssisələrinin yerləşdiyi ərazilərdə yeni infrastruktur formalaşmalı, servis şirkətləri, köməkçi müəssisələr və digər strukturlar yaradılmalıdır. Bu, sözün əsl mənasında, bölgələrə yeni nəfəs gəlməsi deməkdir. Hesab edirəm ki, əgər işlər dövlət proqramları səviyyəsində həyata keçiriləcəksə, bütün incəliklər, nüanslar və vacib detallar nəzərə alınacaq və layihələr qısa müddətdə reallaşdırılacaq. İlk növbədə isə işğaldan azad olunmuş ərazilərimizdə yeni müəssisələrin fəaliyyətə başlaması vacibdir".

Politoloq bildirib ki, biz heç kimə göz dağı vermək niyyətində deyilik:

"Sadəcə məsələ ondan ibarətdir ki, ermənilər uzun müddət Qarabağ torpaqlarının guya onlara məxsus olduğunu deyirdilər. Onlar ərazilərimizin 20 faizini işğal etdikdən sonra həmin torpaqlara münasibətlərini gördük. İlk növbədə dağıdıcılıq və barbarlıq nümayiş etdirdilər. Biz isə təmkin göstərdik və bir daha bildiririk ki, həmin torpaqlara ermənilərin heç bir aidiyyəti olmayıb. Yeri gəlmişkən, 1920-ci ilə qədər Xankəndidə ermənilərin yaşamadığı barədə fikirlər də səsləndirilir. Sovet dövlətinin milli siyasəti nəticəsində oraya erməni əhalisinin yerləşdirildiyi və bunun sonradan tarixi iddialara əsas kimi təqdim edildiyi bildirilir".

Onun sözlərinə görə, dövlət başçısının müşavirədəki çıxışı həm də gələcək istiqamətlərin və yol xəritəsinin konturlarını göstərir:

"Bu, böyük ərazilərin yeni layihələrlə əhatə olunmasına imkan yarada bilər. Bu istiqamətlər Azərbaycanda daxili işgüzarlıq mühitinə də dəstək verəcək və yeni impuls yaradacaq. Eyni zamanda, kadr hazırlığına diqqət yetirilməlidir və bu istiqamətdə Nazirlər Kabinetinin də üzərinə məsuliyyət düşür. Nəhayət, xarici bazarlara çıxış üçün də yeni imkanlar yaranır. İstər qızıl, istər mis, istərsə də metallurgiya sahəsinin digər məhsulları üzrə Azərbaycan öz milli ixracını artıra bilər. Buna böyük ehtiyac var və bu da xalqın rifahının yüksəlməsinə öz töhfəsini verə bilər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 53   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr