Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna yeni dinamika gətirir

Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna yeni dinamika gətirirAzərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Cənab Prezidentin sədrliyi ilə keçirilən müşavirədə bu istiqamətdə səsləndirilən fikirlər göstərir ki, dağ-mədən sənayesinə yalnız xammal hasilatı sahəsi kimi deyil, ölkənin sənaye siyasətinin, regional inkişaf strategiyasının və ixrac potensialının mühüm komponentlərindən biri kimi yanaşmaq lazımdır. Azərbaycanın zəngin mineral-xammal ehtiyatları bu sahənin inkişafı üçün ciddi imkanlar yaradır. Lakin müasir iqtisadi yanaşmada əsas məsələ yalnız yeraltı sərvətlərin hasil edilməsi deyil. Əsas hədəf həmin resursların müasir texnologiyalar əsasında emal olunması, əlavə dəyərin ölkə daxilində yaradılması və dağ-mədən sənayesinin digər sahələrlə qarşılıqlı əlaqəsinin gücləndirilməsidir.
Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunun şaxələndirilməsi baxımından bir neçə istiqamətdə mühüm imkanlar yaradır. İlk növbədə, bu sahə sənaye istehsalının genişləndirilməsinə və yeni istehsal zəncirlərinin formalaşmasına şərait yarada bilər. Filizin hasilatı ilə məhdudlaşmayan, onun zənginləşdirilməsi, emalı və son məhsula çevrilməsini əhatə edən iqtisadi model daha yüksək əlavə dəyərin ölkə daxilində qalmasına imkan verir. İkinci mühüm istiqamət ixrac potensialıdır. Azərbaycanın enerji resursları üzrə formalaşdırdığı ixrac imkanlarının yanında qeyri-neft məhsullarının, o cümlədən mineral xammal və onun emalından əldə olunan məhsulların xarici bazarlara çıxarılması ixrac strukturunun daha da şaxələndirilməsinə xidmət edə bilər. Bu isə uzunmüddətli perspektivdə ölkənin qeyri-neft ixracının genişləndirilməsi baxımından əhəmiyyətlidir. Dağ-mədən sənayesinin inkişafının regional iqtisadi fəallığa təsiri də xüsusi qeyd olunmalıdır. Mədən layihələrinin həyata keçirildiyi ərazilərdə yeni iş yerlərinin yaradılması, yol, enerji, su və digər infrastrukturun inkişaf etdirilməsi, yerli sahibkarlığın prosesə cəlb olunması həmin regionların iqtisadi potensialının artmasına səbəb ola bilər. Beləliklə, dağ-mədən sənayesi təkcə sənaye göstəricilərinin deyil, regionların sosial-iqtisadi inkişafının da mühüm amilinə çevrilə bilər. Burada mühüm məsələlərdən biri insan kapitalıdır. Müasir dağ-mədən sənayesi yüksək texnologiyalardan, geoloji kəşfiyyatın yeni metodlarından, rəqəmsal monitorinq sistemlərindən, avtomatlaşdırılmış istehsal proseslərindən və müasir idarəetmə mexanizmlərindən istifadəni tələb edir. Bu isə geoloq, mühəndis, texnoloq, ekoloq, İT və digər ixtisaslar üzrə yeni kadr tələbatı yaradır. Deməli, sahənin inkişafı həm də peşə və ali təhsil sisteminin real iqtisadiyyatın ehtiyacları ilə daha sıx əlaqələndirilməsi üçün yeni imkanlar açır.
Eyni zamanda, dağ-mədən sənayesinin inkişafında ekoloji təhlükəsizlik və dayanıqlı idarəetmə prinsipləri əsas şərtlərdən biri olmalıdır. Mineral ehtiyatlardan istifadə zamanı ətraf mühitin qorunması, su və torpaq ehtiyatlarının mühafizəsi, istehsal tullantılarının idarə olunması və mədən sahələrinin sonrakı rekultivasiyası müasir sənaye siyasətinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilməlidir. İqtisadi səmərəliliklə ekoloji məsuliyyət arasında düzgün balansın yaradılması sahənin uzunmüddətli inkişafının mühüm şərtidir.
Azərbaycanın artıq formalaşdırdığı sənaye infrastrukturu da bu proses üçün əlavə üstünlüklər yaradır. Ölkədə sənaye parklarının, logistika imkanlarının, nəqliyyat dəhlizlərinin və enerji infrastrukturunun inkişaf etdirilməsi hasil olunan xammalın emal və ixrac zəncirinə daha səmərəli inteqrasiyasına imkan verə bilər.
Bu baxımdan dağ-mədən sənayesinin inkişafına ayrıca bir sektorun inkişafı kimi deyil, bütövlükdə iqtisadiyyatın yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması istiqamətində baxmaq lazımdır. Mədənçilikdən metallurgiyaya, kimya sənayesindən maşınqayırmaya, logistika və xidmət sektorundan elmi-tədqiqat və təhsil sahəsinə qədər geniş bir iqtisadi ekosistemin formalaşdırılması mümkündür. Azərbaycanın qarşısında duran strateji məqsəd təbii sərvətlərdən əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltməklə dayanıqlı və şaxələndirilmiş iqtisadi model qurmaqdır. Bu mənada dağ-mədən sənayesinin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi qeyri-neft sektorunun yeni hərəkətverici istiqamətlərindən birinə çevrilə bilər. Ən mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycanın mineral ehtiyatları yalnız yeraltı sərvət kimi deyil, iqtisadi inkişaf üçün kapitala çevrilməlidir. Bunun yolu isə xammalın hasilatı ilə kifayətlənməyərək onun emalını, yüksək əlavə dəyərli məhsul istehsalını, ixracını, yeni iş yerlərinin yaradılmasını, insan kapitalının inkişafını və regionların iqtisadi fəallığının artırılmasını vahid strategiya çərçivəsində təmin etməkdən keçir. Bu baxımdan dağ-mədən sənayesinin inkişafı Azərbaycanın qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi üçün mühüm perspektivlər açır və ölkənin sənaye siyasətinin növbəti mərhələsində strateji istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.

Metin Hüseynov - siyasi sərhçi, politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 339   Tarix: 23 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. -a istinadən xəbər verir. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilirlər:. 1. Aydəmirov Cəsarət Səfərqulu oğlu, 199-cu ild

23 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Hərbiləşdirilmiş Mühafizə İdarəsi AZCON-un idarəetməsinə verildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı"na dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevi

23 sentyabr