Formula 1: Azərbaycan Qran-prisi başladı (YENİLƏNİR)
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.
Qaynarinfo xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb.
Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək.
Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
08.38
Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
Bundan əlavə, "Formula 2"də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rosberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lüis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2024-cü ildə Oskar Piastri (Avstraliya), 2025-ci ildə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinədək "Mersedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.
Konstruktorlar Kubokunda da "Mersedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Qran-prisində ilk günün proqramı:
10:00. "Formula 2": Sərbəst yürüş
12:30. "Formula 1": Birinci sərbəst yürüş
14:00. "Formula 2": Birinci sıralama turu
14:30. "Formula 2": İkinci sıralama turu
16:00. "Formula 1": İkinci sərbəst yürüş
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 407 Tarix: 24 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan idmançısı ermənini nokauta belə saldı - VİDEO
I MDB Oyunlarında tayboks idman növündə mübarizə başlayıb. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə erməni rəqibindən üstün olub. Ermənistandan olan Alen İsraelyana güclü zərbələr endirən Əsədzadə qələbəni 2 dəqiqə 36 saniyəyə təmin edib
6 sentyabr 2021Pelenin əməliyyatdan sonra ilk görüntüsü yayıldı - FOTO
Futbol üzrə üçqat dünya çempionu Pele bir-iki gün ərzində xəstəxanadan evə buraxılacaq. Bu barədə braziliyalı futbol əfsanəsinin qızı Keli Nasimenta özünün "Instagram" səhifəsində bildirib. Onun sözlərinə görə, əməliyyatdan sonra Pele yaxşı vəziyyətdədir, ağrısı yoxdur və əhvali-ruhiyyəsi yaxşıdır
14 sentyabr 2021"Neftçi"nin SSRİ çempionatının bürünc medalçısı olmuş futbolçusu vəfat edib
Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib. xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, o, 80 yaşında vəfat edib. Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb. Keçmiş müdafiəç
12 sentyabr 2021MDB Oyunları: Badmintonçumuz qızıl medal qazandı - YENİLƏNİB + FOTO
Yeniyetmə və gənc badmintonçularımız Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında ümumilikdə 1 qızıl, 3 gümüş və 1 bürüc medal qazanıb. xəbər verir ki, oğlan badmintonçuların şəxsi yarışında Diki Panqestu finalda Qazaxıstan idmançısı Dmitri Panarini 2:0 hesabı ilə məğlub edərək MDB Oyunlarını
11 sentyabr 2021Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO
Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində
13 sentyabr 2021Süleymanlıdan qələbə, Məmmədov uduzdu - Avropa çempionatı
İslandiyanın paytaxtı Reykyavikdə kişi şahmatçılar arasında Avropa çempionatında 10-cu turun partiyaları oynanılıb. xəbər verir ki, 10-cu turda Azərbaycan təmsilçisi Rauf Məmmədov rumıniyalı Boqdan-Daniel Deaka məğlub olub. Qeyd edək ki, bu, R.Məmmədovun turnirdə ilk məğlubiyyətidir. Bununla da əvvəlk
5 sentyabr 2021Sərbəst güləşçilərimiz 7 medal qazandı - FOTO
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. xəbər verir ki, bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayı
4 sentyabr 2021