Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edə bilər

Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edə bilər"Dağ-mədən və metallurgiya sənayesi hər bir ölkə üçün vacib, eyni zamanda kifayət qədər böyük maliyyə tutumlu ağır sənaye sahəsidir. Bu kimi xammal ehtiyatlarına malik ölkələrdə dağ-mədən sənayesi iqtisadiyyatın aparıcı istiqamətlərindən birini təşkil edir və ümumi daxili məhsulun formalaşmasında əhəmiyyətli rol oynayır".

Bunu Sonxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O, bildirib ki, Azərbaycanın malik olduğu təbii sərvətlər ölkəmizdə bu sahənin əsaslı şəkildə inkişaf etdirilməsinə imkan verir:

"Məhz buna görə də Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı xüsusi Dövlət Proqramı imzalayıb. Dünyanın Azərbaycanı əsasən neft-qaz ölkəsi kimi tanıdığı halda, ölkədə dağ-mədən sənayesinin qurulması və inkişaf etdirilməsi gələcəyə hesablanmış strateji addımdır. Bu, milli iqtisadiyyatın diversifikasiyasına və neft-qaz asılılığının azaldılmasına xidmət edə bilər. Bu sənaye sahəsinin müasir elmi-texnoloji yeniliklər əsasında inkişaf etdirilməsi Azərbaycanın dünyada iqtisadi imkanlarının daha geniş tanınmasına səbəb ola bilər. Bu, Azərbaycanın qlobal iqtisadi sistemdəki mövqeyini daha da möhkəmləndirə, ölkənin qlobal bazardakı rolunu və nüfuzunu artıra bilər. Dövlət Proqramında nəzərdə tutulan layihələrin həyata keçirilməsi, heç şübhəsiz, dövlət büdcəsinə də öz töhfəsini verə bilər. Son nəticədə Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq əlavə gəlirlər dövlətin iqtisadi-sosial siyasətində öz əksini taparaq əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edə bilər. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində yer alan məqsəd də məhz bundan ibarətdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 503   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavir

23 sentyabr
.

Azərbaycan Prezidenti: "Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır"

"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr
.

İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Əfsuslar olsun ki, Azərbaycand

22 sentyabr
.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunan müşavirədə sənayenin yeni inkişaf mərhələsinin əsas istiqamətləri təqdi

23 sentyabr
.

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb

24 sentyabr
.

Dağ-mədən sənayesinin inkişafı yeni istehsal müəssisələrinin yaradılmasına imkan verəcək

"Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin sənaye siyasətini

23 sentyabr
.

Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video

Məlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb. İlk olara

23 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr