Azərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur

Azərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində yeni mərhələ aça bilər. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub. Bu proqramlara uyğun olaraq regionların bərpası və insanların rifahının yaxşılaşdırılması, həmçinin sosial infrastruktur obyektlərinin yaradılması baxımından böyük irəliləyiş əldə edilib. Lakin dağ-mədən sənayesi ilə bağlı son dövlət proqramını regionların sosial-iqtisadi inkişafı prosesində yeni mərhələ açan sənəd kimi dəyərləndirmək olar".

Bunu Sonxeber.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O, bildirib ki, bu sahənin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var idi:

"Çünki Prezidentin də qeyd etdiyi kimi, bu sahə Sovet hakimiyyəti dövründə Azərbaycanda bir növ unudulmuş və lazımi diqqət göstərilməyən istiqamətlərdən biri olub. Sanki Azərbaycanın neftdən başqa heç bir sərvəti yoxmuş kimi yanaşılırdı. Neftin istismarı fonunda digər dağ-mədən ehtiyatlarının işlənməsinə o qədər də maraq göstərilmirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə faydalı qazıntı ehtiyatları ilə zəngin olan ərazilərimizin bir hissəsi erməni işğalı altında qaldı. Beləliklə, bir mərhələdə Sovet hakimiyyətinin laqeyd münasibəti, digər mərhələdə isə ermənilərin talançılıq siyasəti bölgələrimizin təbii ehtiyatlarına ciddi zərər vurdu. Belə şəraitdə qəbul edilən bu proqram həm Sovet hakimiyyəti dövründəki laqeydliyin, həm də erməni təcavüzünün nəticələrinin aradan qaldırılması baxımından mühüm işlər görə bilər".

Ekspert bildirib ki, burada xüsusilə Qarabağ və Zəngəzur bölgəsinin mineral və dağ-mədən ehtiyatlarının işlənməsindən söhbət gedir:

"Bu ehtiyatların istifadəyə verilməsi həmin bölgələrdə təbii sərvətlərin üzə çıxarılmasında mühüm rol oynamaqla yanaşı, insanların məşğulluğunun yaxşılaşdırılmasına və dövlət büdcəsi üçün əlavə gəlir mənbələrinin formalaşmasına imkan yarada bilər. Eyni zamanda, bu istiqamətdə görüləcək işlər həm Sovet hakimiyyəti dövründə yol verilmiş səhvlərin, həm də erməni təcavüzünün yaratdığı dağıntıların nəticələrinin aradan qaldırılmasına təsir göstərə bilər. Azərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur. Proqramda bu baxımdan "AzərGold"a xüsusi funksiyanın ayrılması da əhəmiyyətlidir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, əlvan metal ehtiyatlarının işlənməsinin ilkin mərhələsində əsas rol Azərbaycanın milli qızıl şirkətinə veriləcək. Sonrakı mərhələlərdə isə dövlətin nəzarəti altında xarici investisiyaların cəlb olunması nəzərdə tutulur. Eyni zamanda, bu istiqamətdə görüləcək işlər investorlar qarşısında böyük məsuliyyət qoyur. İnvestorların məsuliyyətinin proqramda ayrıca maddə ilə qeyd olunması da mühüm məqamdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 322   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft sənayesinin inkişafı baxımından mühüm hadisədir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavir

23 sentyabr
.

Azərbaycan Prezidenti: "Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır"

"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramın

22 sentyabr
.

İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Əfsuslar olsun ki, Azərbaycand

22 sentyabr
.

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunan müşavirədə sənayenin yeni inkişaf mərhələsinin əsas istiqamətləri təqdi

23 sentyabr
.

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb

24 sentyabr
.

Dağ-mədən sənayesinin inkişafı yeni istehsal müəssisələrinin yaradılmasına imkan verəcək

"Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin sənaye siyasətini

23 sentyabr
.

Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib - Video

Məlum olduğu kimi, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan sentyabrın 22-də Bakıya səfər edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, IV Bakı Təhlükəsizlik Forumunda iştirak edən Qriqoryan elə ötən gün yerli vaxtla saat 23:40-da ölkəsinə qayıdıb. İlk olara

23 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr