27 Sentyabr - Zəfərə aparan yol

27 Sentyabr - Zəfərə aparan yol2020-ci ilin sentyabr ayının 27-si xalqımızın çoxəsrlik şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Tarixə qızıl hərflərlə yazılan bu müqəddəs gün milli ləyaqətin bərpası, ədalətin təntənəsi, xalqın birliyinin və iradəsinin Zəfəri idi. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına və hücumuna cavab olaraq, Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı 30 illik həsrətə, haqsızlığa, torpaq işğalına son qoydu.
1990-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdü. Lakin, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və sonralar Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirilən strateji və praqmatik siyasət nəticəsində ölkəmiz iqtisadi cəhətdən gücləndi, beynəlxalq müstəvidə öz haqlı mövqeyini möhkəmlətdi. Ölkəmizin iqtisadiyyatı gücləndikcə Ordumuz da gücləndi. Azərbaycan Respublikasının Silahlı Qüvvələri dünyanın ən müasir texnologiyaları, silah sistemləri və kəşfiyyat vasitələri ilə təchiz edildi. Şəxsi heyətin peşəkarlığı artırıldı, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirildi.
Dövlətimiz həmişə sülh tərəfdarı olduğunu bəyan etsə də, işğal ilə barışmayacağını bu illər ərzində qətiyyətlə nümayiş etdirirdi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı və qazanılan inamlı Qələbə Azərbaycan əsgərinin döyüş qabiliyyətini, gücünü bir daha bütün dünyaya sübut etdi. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın "İrəli!" əmri ilə Azərbaycan əsgəri qarşı tərəfə cavab olaraq hücuma keçdi. Beləliklə, 44 günlük Zəfərə gedən müqəddəs yol açıldı. Azərbaycan xalqı Vətən müharibəsi vaxtı bütün dünyada devizə çevrilən və bu gün də öz qüvvəsini saxlayan "Dəmir Yumruq" ideologiyası ətrafında sıx birləşdi.
Ordumuzun qəhrəman əsgərlərinin çətin şəraitdə, dağlıq ərazilərdə, güclü istehkamlar qurmuş düşmənə qarşı misilsiz taktiki gedişlər nümayiş etdirməsi, müasir texnologiyaların tətbiqi ilə illərdir, beynimizə yeridilən "məğlubedilməzlik" mifini cəmi bir neçə günə darmadağın etməsi dünya hərb tarixi səhifəsinə yeni bir səhifə kimi yazıldı. Füzuli və Cəbrayıl istiqamətlərində müdafiə xəttlərinin yarılması, Hadrut qəsəbəsinin azad edilməsi ilə strateji üstünlüyün əldə olunması, Suqovuşan və Talış kəndlərinin azad olunması və hərb tarixinə qızıl hərflərlə yazılmış Şuşa əməliyyatı - qəhrəman Azərbaycan əsgərlərinin sıldırımlı qayaları, meşələri aşaraq, yalnız yüngül silahlarla şəhərə daxil olması və əlbəyaxa döyüşlərlə qədim mədəniyyət beşiyimizi azad etməsi düşməni kapitulyasiyaya məcbur etdi.
Şuşa zəfəri müharibənin taleyini həll etməklə yanaşı, həm də tarixi-mənəvi baxımdan müstəsna əhəmiyyət kəsb edirdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev sağlığında qətiyyətlə bildirirdi ki: "Şuşasız bizim işimiz yarımçıq olar". 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini şərəflə, ləyaqətlə və qətiyyətlə yerinə yetirdi. 2020-ci il noyabrın 8-də dövlət başçısının xalqa müraciəti hər bir azərbaycanlının qəlbində əbədi həkk olunmuş unudulmaz və qürurverici anlardır. Şəhidlər xiyabanından xalqa müraciət edən Ali Baş Komandanın səsləndirdiyi o həyəcanlı və qürurlu cümlələri xalqımız sevinc göz yaşları ilə qarşıladı: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Həmin gün vətəndaşlarımız küçələrə axışdı, üçrəngli bayraqlar dalğalandı, "Qarabağ Azərbaycandır!" şüarı bütün dillərdə səsləndi. Prezident İlham Əliyevin güclü siyasi iradəsi, tükənməz səbri, qətiyyətli və prinsipial mövqeyi, şəhidlərimizin canı-qanı, qəhrəmanlığı, qazilərimizin şücaəti hesabına xalqımız əbədi Zəfər qazandı. Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində canından keçən hər bir şəhidimiz, qazimiz bizim qürurumuzdur. Onlar gələcək nəsillərə miras qoyulan əbədi bir tarix yazdılar. Dövlətimiz hər zaman şəhid ailələrinin və qazilərin yanındadır, onların sosial müdafiəsi və rifahı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
27 Sentyabr - Zəfərə gedən yolun başlanğıcı olmaqla yanaşı, dərin hüzn, eyni zamanda böyük qürur günüdür. 2020-ci il dekabrın 2-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan xalqının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda - Qarabağda və Şərqi Zəngəzurda aparılan və hazırda davam etdirilən genişmiqyaslı bərpa və quruculuq tədbirləri - "Böyük Qayıdış Proqramı" uğurla icra olunur. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyaları əsasında yenidən qurulan Ağdam, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və xüsusilə mədəniyyət paytaxtımız olan Şuşa şəhəri qısa müddətdə doğma sakinlərini qəbul etdi. Torpaqlarımızda hava limanları, avtomobil və dəmir yolları, enerji infrastrukturu inşa edildi. Qısa müddət ərzində aparılan, bütün dünyanın diqqətini çəkən bu tədbirlər hesabına bir vaxtlar məcburi köçkün olan vətəndalarımız bu gün özyurdlarında qurub yaradır, çalışır, ölkəmizin inkişafına töhfələrini verirlər.
27 sentyabr - bu müqəddəs tarix dövlətimizin gücünün, xalqımızın birliyinin və ölkə başçısının qətiyyətli siyasətinin təntənəsidir. Bu Şanlı tarix yaddaşlardan silinməyəcək və gələcək nəsillərə ötürüləcək ən qiymətli sərvətdir.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 166   Tarix: 24 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dağ-mədən sənayesi Azərbaycanın qeyri-neft sektoruna yeni dinamika gətirir

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas strateji vəzifələrdən biri iqtisadiyyatın şaxələndirilməsinin daha da sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafının yeni mərhələyə yüksəldilməsi və ölkənin mövcud təbii-iqtisadi potensialından daha səmərəli istifadə olunmasıdır. Bu baxımdan dağ-mədə

23 sentyabr
.

Azərbaycanın əlvan metallar sahəsində böyük ehtiyatlarının olduğu məlumdur

"Prezident İlham Əliyevin dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı Dövlət Proqramı ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində yeni mərhələ aça bilər. 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı qəbul olunub

24 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb

24 sentyabr
.

27 sentyabr həm də Zəfər gününün başlanğıcıdır

Xalqımız əvvəllər təqvimdə bir çox günləri kədərlə qarşılayırdı. 28 il müddətində hər il düşmən əsarətində olan şəhər və rayonlarımızın işğal günlərini kədərlə yad edirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəti Ordumuz kədərli günləri qürurlu günlərlə əvəz etdi. 2020-ci ilin 27 sentyab

24 sentyabr
.

Bəzi dövlətlərin metallurgiya və dağ-mədən sənayesi üzrə Azərbaycanla əməkdaşlığa üstünlük verməsi mümkündür

"Dağ-mədən sənayesini inkişaf etdirmək asan məsələ deyil, bu, çətin və mürəkkəb prosesdir. Xüsusilə son dövrlərin yeni texnologiyalarından istifadə etməklə bu sahənin inkişaf etdirilməsi vacibdir. Azərbaycan Prezidentinin müşavirədə dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə bağlı səsləndirdiy

23 sentyabr
.

Proqramın uğurlu icrası dövlət büdcəsinin gəlirlərinin artmasına töhfə verəcək

"Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" bu günə qədər potensialından tam istifadə olunmayan mühüm bir sahənin inkişafına yeni imkanlar yaradacaq. Azərbaycan iqtisadiyyatının uzun illər ərzind

23 sentyabr
.

Azərbaycan sənayenin yeni strategiyası

Azərbaycanın iqtisadi inkişaf strategiyası son illərdə yeni mərhələyə qədəm qoyub. Ölkəmiz qarşısında duran əsas hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sənaye potensialının genişləndirilməsi və təbii sərvətlərdən daha səmərəli istifadə etməkl

23 sentyabr
.

Azərbaycanın təbii sərvətlərindən əldə olunacaq gəlirlər əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edə bilər

"Dağ-mədən və metallurgiya sənayesi hər bir ölkə üçün vacib, eyni zamanda kifayət qədər böyük maliyyə tutumlu ağır sənaye sahəsidir. Bu kimi xammal ehtiyatlarına malik ölkələrdə dağ-mədən sənayesi iqtisadiyyatın aparıcı istiqamətlərindən birini təşkil edir və ümumi daxili məhsulun formalaşmasınd

24 sentyabr