2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)

2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 50 istiqamət yer alıb.

"Hər il özümüzə sual veririk: növbəti dəfə hara səyahət edək? Bu dəfə cavab bizi planetin 50 fərqli guşəsinə aparır: Venetodakı möhtəşəm dağ silsilələrinə, vulkanik mənzərələri ilə seçilən Montserrat sahillərinə, Avstraliyanın Qırmızı Mərkəzinə, Qucaratın duz düzənliklərinə və bir çox başqa məkana", deyə siyahının müəllifləri bildiriblər.

Onların sözlərinə görə, siyahı nəşriyyatın müəlliflərinin şəxsi təcrübəsi əsasında hazırlanıb. Müəlliflər bu məkanlarda olublar, onları öz gözləri ilə görüblər və digər səyahətçilərə tövsiyə etmək üçün kifayət qədər əsas əldə ediblər.

Avropada 2027-ci il üçün tövsiyə olunan istiqamətlər

"Lonely Planet" 2027-ci ildə Avropada aşağıdakı istiqamətlərə diqqət yetirməyi tövsiyə edir:

* Veneto regionu, İtaliya;
* Skener-med-Falsterbu şəhəri, İsveç;
* Killarni fiyordu, İrlandiya;
* Leon şəhəri, İspaniya;
* Dessau şəhəri, Almaniya;
* Napoleon yolu, Fransa;
* Şibenik şəhəri, Xorvatiya;
* Egey dənizi, Yunanıstan;
* Lipari adaları, İtaliya;
* Müqəddəs Katbert yolu, Böyük Britaniya.

Digər tövsiyə olunan istiqamətlər

Reytinqin müəllifləri gələn il Avstraliyanın Qırmızı Mərkəzini, Kanadadakı Şahzadə Eduard adasını, ABŞ-ın Nyu-Meksiko ştatını, Argentinanın Bariloçe şəhərini və Göllər diyarını, Nikaraquanın Qranada şəhərini, Keniyanın Tsavo-Şərq və Tsavo-Qərb milli parklarını, Meksikanın Qvadalupe vadisini, Hindistanın Darciliq şəhərini, Vyetnamın Dananq şəhərini, Yaponiyanın Tohoku regionunu, Antarktida yarımadasını, Tanzaniyanın Qombe-Strim Milli Parkını və bir sıra digər istiqamətləri də ziyarət etməyi tövsiyə edirlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 76   Tarix: 25 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin

24 sentyabr
.

ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?

"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb

24 sentyabr
.

Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?

Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen

23 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

Avropa Komissiyası Macarıstana ayrılan 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib

Avropa Komissiyası Macarıstan üçün birlik fondlarından 4,2 milyard avronun blokdan çıxarılmasını təklif edib. xəbər verir ki, bu vəsait bərpa və birlik fondları çərçivəsində dondurulmuş 16,4 milyard avronun bir hissəsidir. Bundan başqa, Avropa Komissiyası macarıstanlı tələbə və tədqiqatçıların "Erasmus+"

23 sentyabr
.

Yüz ildən sonra ilk dəfə olaraq yeni pinqvin növü kəşf edildi

Alimlər bir əsrdən çox müddət ərzində ilk dəfə olaraq yeni bir pinqvin növü kəşf ediblər. Məlum olub ki, tanınmış subantarktik (cins) pinqvin əslində dörd fərqli növdən ibarətdir və onlardan biri əvvəllər elmə məlum deyildi. xəbər verir ki, bu barədə tədqiqat Communications Biology (ComBiology) jurnalınd

23 sentyabr
.

İran prezidenti ABŞ-ı bununla günahlandırdı

İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo

25 sentyabr