Niderlandda bir milyondan çox insanın şəxsi məlumatları OĞURLANDI: Hakerlər pul tələb edirlər
Niderlandın "Flink" çatdırılma xidmətinin bir milyondan çox müştərisinin şəxsi məlumatları hakerlər tərəfindən oğurlanıb.
Oxu.Az xəbər verir ki, məlumatı NU.nl saytı yayəb
Bəzi müştərilər sonradan ödəniş tələbi ilə məktublar alıblar. Özünü "LPG Group" adlandıran hakerlər müştərilərdən təxminən 10 avro dəyərində "Ethereum" kriptovalyutası tələb edir və ödəniş edilməzsə, məlumatları "darknet"də satmaqla hədələyirlər.
"Flink" şirkəti hakerlərin daxili sistemlərinə giriş əldə etdiyini təsdiqləyib. Oğurlanan məlumatlar arasında müştərilərin adları, e-poçt və ev ünvanları, telefon nömrələri, bəzi hallarda isə çatdırılma ilə bağlı əlavə məlumatlar olub. Şirkət istifadəçi parollarının sızmadığını bildirib.
Hakerlər həmçinin 13 min "Flink" əməkdaşının məlumatlarını əldə etdiklərini iddia edir və şirkətdən təxminən 238 min avro dəyərində kriptovalyuta tələb ediblər. Bu məlumat hələ təsdiqlənməyib.
Kibertəhlükəsizlik üzrə mütəxəssis Vouter van Dongen müştərilərə hakerlərin məktublarını sübut kimi saxlamağı, lakin onlara cavab verməməyi və pul ödəməməyi tövsiyə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 43 Tarix: 27 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Braziliyadan RADİKAL QƏRAR: Onlayn mərc oyunları tam qadağan edildi
Braziliya Prezidenti Luis İnasio Lula da Silva ölkə ərazisində onlayn mərc oyunlarına tam qadağa qoyub. xəbər verir ki, bu barədə məlumatı "G1" informasiya portalı yayıb. Tətbiq edilən məhdudiyyət virtual kazinolara və onlayn qumar oyunlarına şamil olunur. Qərar dərhal qüvvəyə minsə də, hökumə
26 sentyabrMoskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrind
27 sentyabrABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir
ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar
27 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabr