Ölkənin taleyini dəyişən seçkilər
"1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikasında müstəqilliyin ilk illərində özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Hakimiyyətdə yaranan böşluqdan istifadə edən Erməni separatçıları təcavüzü gücləndirir və bir-birinin ardı ilə əraziləri işğal edirdi. Ölkədə ağır ictimai-siyasi vəziyyət var idi. Belə bir çətin dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Xalqın tələbi və o zamanki ölkə rəhbərliyinin xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət olundu. Bu hadisə Azərbaycan xalqının taleyini dəyişdi".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında YAP üzvü Könül Əfəndiyeva bildirib.
"Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik günlər var ki, bu günlərdən biri 3 oktyabr 1993-cü il tarixidir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Ulu Öndər ölkəni uzun illər davam edən gərginlik və parçalanma təhlükəsindən xilas etdi, qısa müddətdə dünyanın aparıcı dövlətlərinin diqqətini Azərbaycana cəlb etdi. "Əsrin müqaviləsi" kimi tarixləşən neft müqaviləsi imzalandı, ordu quruculuğunda əsaslı islahatlar aparıldı, yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi. Ulu Öndərin uğurlu xarici siyasətinin nəticəsiydi ki, Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu.
"Bizim məqsədimiz Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq, inkişaf etdirmək, dünya dövlətləri içərisində güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirməkdir. Bizim məqsədimiz Azərbaycanı tam demokratik dövlət etməkdən, demokratiya yolu ilə irəlilətməkdən və ölkəmizdə hər bir vətəndaşın hüquqlarını qorumaqdan, azadlığını təmin etməkdən ibarətdir." -Ulu Öndərin söylədiyi bu fikirlər bu gün bir reallıqdır. Bu gün 30 ildən sonra ərazi bütövlüyünü, suverenliyini bərpa edən dövlətimizin müstəqilliyi dönməz və əbədidir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 213 Tarix: 01 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən
1 oktyabrAzərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir
Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşın
29 sentyabr44 günlük Vətən Müharibəsində ilk azad olunmuş rayonumuz - Cəbrayıl
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğ
1 oktyabrUlu Öndər hər zaman öz andına sadiq qalıb
Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqı
1 oktyabrİlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən həmin müraciətin tam mətini təqdim edir:. "Sizi səmimi-qəlbdən salamlayır və AQEM Media Forumunun Bakı şəhərində işə başlaması münasibətilə təbrik edirəm. Azərbaycana xoş gəlmisiniz!. Asiya qitəsinin 90%-n
1 oktyabr1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
1 oktyabr1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi
1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c
1 oktyabrPrezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi
30 sentyabr