Azərbaycanın milli qürur və iftixar tarixi - 1993-cü il 3 oktyabr

Azərbaycanın milli qürur və iftixar tarixi - 1993-cü il 3 oktyabr"1993-cü il 3 oktyabr seçimi: Bu seçim xalqımızın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü olmuşdur. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir zamanda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilmiş, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradıldı".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında tarix elmləri doktoru, professor Həcər Verdiyeva bildirib.

"1993-cü il 3 oktyabr seçimi çağdaş tariximizin qara səhifələrini bağladı və Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Bu səhifə Ulu Öndər Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Xalqımız yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. XX əsrin 80-ci illərin sonlarında uydurulmuş Qarabağ probleminin növbəti fazasını alovlandıran erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə çıxış edib, davamlı olaraq ölkəmizin müxtəlif bölgələrində ara qarışdırırdılar. Təxribatçılıq müstəvisinə söykənən erməni separatçıları 1990-cı il yanvar ayında Azərbaycanın ayrı-ayrı rayonlarının, eləcə də Naxçıvanın sərhədlərində münaqişələr törədirdilər. Yaranmış vəziyyətdə yanvar ayının 18-də keçmiş SSRİ-nin Daxili Qoşunlarının iştirakı ilə Naxçıvanın Kərki kəndi işğal olundu. Bu zaman erməni millətçilərinin Sədərək istiqamətində mütəmadi hücumları başlamış, gərginlik son həddə çatmışdı. 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı faciə ilə Naxçıvan sərhədlərində münaqişələrin başlanmasının üst-üstə düşməsi erməni separatçılarının havadarlarının əvvəlcədən hazırladıqları məqsədyönlü plan üzrə cərəyan edirdi. Məqsəd Bakıda Yanvar qırğınlarına diqqətin yönəlməsi fonunda Naxçıvan əhalisi arasında ümidsizlik yaradıb bölgədə etnik təmizləmə aparıb erməni işğalı üçün şərait yaratmaq idi. Digər tərəfdən isə Naxçıvanı ölkənin paytaxtı ilə birləşdirən yollarda da erməni yaraqlıları təxribatlar törədir, Bakı-Naxçıvan qatarlarını dayandırır, maşinistlətə qarşı vəhşiliklər edirdilər. Nəticədə Naxçıvan blokada vəziyyətinə salınmışdı.

Bütün bu proseslərin arxasında kimin durduğu, kimin planı və gücü ilə həyata keçirilməsi 20 Yanvar qırğınlarından sonra Naxçıvana qayıdan və burada yaşayan Ulu Öndərə gün kimi aydın idi. Elə buna görə də Ali Məclisin 1990-cı il 14 dekabr tarixdə keçirilən sessiyasında yeni ittifaq müqaviləsinə münasibət məsələsi müzakirə olunarkən məsələ ilə bağlı çıxış edən Ümummilli Lider Heydər Əliyev demişdi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır..."

Azərbaycan tarixinin mücadilə və mübarizələrlə dolu çağdaş tariximizin səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda vətən övladlarımızın axıtdıqlan qanlar, verdikləri qurbanlar canlanır, istiqlaliyyətə gedən yolun məşəqqətlərini və azadlığın sevincini yaşadır. Müstəqilliyi əldə etdikdən sonrakı dövrə nəzər salarkən ona uzanan məkrli əllərin, bədxahların təxribatlarının şahildi olanda anlayırsan ki, istiqlaliyyəti qorumaq onu qazanmaqdan dəfələrlə çətindir.

Məlumdur ki, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz dərin ixtilaflarla üz-üzə dayanmışdı. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildə əldə edilən müstəqilliyin iflası üçün hazırlanmış layihələr tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, o mürəkkəb dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyət dövründəki kimi olacaqdı.

Bəli, böyük çətinliklə bərpa olunan müstəqilliyimiz Ulu Öndərin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, əbədilik qazandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

"Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!",- deyən Ulu Öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə istiqlaliyyətimiz qorundu, yaşadı, əbədiləşdi. Bu gün müstəqil Azərbaycanımız etibarlı əllərdədir. 1990-cı illərin əvvəllərində dövlət rəhbərlərinin səriştəsiz siyasəti nəticəsində erməni millətçilərinin işğal etdkləri torpaqlarımız Heydər Əliyev ideologiyasına söykənən, Ümummilli Liderin siyasi kursunun və dövlətçilik strategiyasının davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz tərəfindən işğaldan azad edildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun reallaşması idi.

Unutmaq olmaz ki, istiqlaliyyətimizin əldə olunması, daimilik qazanması üçün Ulu Öndərə borcluyuqsa, ərazi bütövlüyümüzün bərpası, müasir dövrdə dünya birliyində beynəlxalq aləmin aktoru olaraq müstəqil dövlətimizin nüfuzunun artması üçün dövlətimizin başçısına minnətdarıq. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü dövlətimizin hər bir vətəndaşı üçün əzizidir. Xalqımız mürəkkəb və ziddiyyətli yollarla əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə, öz əzəli torpaqlarını azad etməyə hazır olmuşdur.

Torpaqlarımızın azad olunması günün Ulu Öndərin mənəvi varisinin, hər bir azərbaycanlının ümid bəslədiyi liderin rəhbərliyi ilə reallaşması Azərbaycanda müstəqilliyimizin ilk illərindən həyata keçirilən siyasətin uğurla davam etdirilməsini təsdiqlədi. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin",- deyən dövlət başçısının əzmini təsdiqlədi. 2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 10-da bitən Vətən müharibəsi bu reallığı təsdiqlədi. Tarixə meydan oxuyan, dünyaya kimliyimizi göstərən 44 günlə.

Azərbaycanın döyünən ürəyinə, əzəli torpağına qovuşduğu, Qarabağın ürəyi Şuşanın azad olması, 30 illik bir həsrətin, nisgilin bitdiyi anla təsdiqlədi. 8 noyabr 2020-ci il Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və qalib Milli Ordumuzun Azərbaycan tarixinə yazdığı yeni salnamə oldu. 2023-cü il antiterror əməliyyatı isə bu salnamənin sahibi olan Azərbaycanımızın qüdrətini dünyaya tanıtdı. Cənab Prezidentimizin Ulu Öndərin "Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir" vəsiyyətini həm bir övlad, həm də siyasi rəhbər olaraq reallaşdırması xalqımıza liderlik bacarığını göstərməklə yanaşı, həm də qədim ailə dəyərlərimizin qorunub yaşadılmasının əhəmiyyətli məsələ olduğunu aşıladı. Bu isə ölkəmizdə hər bir gəncə nümunə gücündə olan təsirli məqamdır".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 448   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Ho Şi Minin məqbərəsinə baş çəkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnamın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyu

20 noyabr
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20 noyabr
.

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanı

21 noyabr
.

Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:

20 noyabr
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17 noyabr
.

Prezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:

21 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Prezident İlham Əliyev: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

"Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirib. "Tikinti və infrastrukturun inkişafı, həmçini

19 noyabr
.

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?

"Azərbaycan-Vyetnam əməkdaşlığı tarixində yeni səhifə açılır. Bunun zəruriliyi bir neçə amillə izah olunur. İlk növbədə, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə və möhkəm köklərə malik olduğunu qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra əsası qoyulan əlaqələr ötən 80 il

20 noyabr