4 Oktyabr - Cəbrayılın tarixinə həkk edilən gün

4 Oktyabr - Cəbrayılın tarixinə həkk edilən günOktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür. Şəhərin erməni işğalçılarından təmizlənməsindən artıq 6 il ötür.
2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Azad olunan ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələ təpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

2020-ci ilin oktyabrın 4-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Cəbrayılın düşmən işğalından təmizlənməs ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib.

Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra - 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Rayonun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb. Bu gün Cəbrayıla həyat yenidən qayıdır. Rayonda böyük quruculuq işləri gedir. Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə rayonun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.

Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşası başa çatıb. Sevindirici haldır ki, artıq azad Cəbrayıla keşmiş məcburu köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz ötən il 4 oktyabr - Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub.

İlham Əliyev - müharibə veteranı, ehtiyatda olan zabit


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 157   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

4 oktyabr - Cəbrayıl Şəhəri Günü

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan edildi. Beləliklə, artıq iki ildir ki, təsis edilən bu gün böyük sevinc, təntənə ilə xalqımız tərəfindən qeyd edilir. Hər birimizə bu günün qeyd edilməsinin əsas səbəbləri məlumdur. Bel

1 oktyabr
.

İlham Əliyev: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

"Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026"

30 sentyabr
.

Azərbaycanın xarici valyuta ehtiyatları xarici borcunu 20 dəfə üstələyir

Azərbaycanın bugünkü iqtisadi göstəriciləri onun son 20 ildə keçdiyi sürətli iqtisadi inkişaf yolunu əks etdirir. Belə ki, ölkəmizin ümumi daxili məhsulu 7 milyard ABŞ dollarından 76 milyard dollara yüksəlib. Bu, iqtisadiyyatın nominal həcminin təxminən on dəfə artması deməkdir. Eyni zamanda, adambaşın

29 sentyabr
.

Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsinin dönüş nöqtəsi oldu

Qarabağın dilbər guşələrindən biri olan Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub şərqində, Araz çayının sol sahilində, sənub tərəfdən İran İslam Respublikası, cənub- qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, Şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon haqqında İran tarixçis

1 oktyabr
.

Prezidentin sosial şəbəkə hesablarında sərgidən - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olmasına dair videoçarx paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda deyilir:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafi

30 sentyabr
.

"Pekinin mövqeyinə görə, söhbət təkcə hüquqi texniki məsələdən getmir" - BƏHRUZ QULİYEV

"Son günlər Çinlə Yaponiya arasında münasibətlərdə yeni bir mübahisəli mövzu gündəmə gəlib. Söhbət BMT Nizamnaməsində II Dünya müharibəsindən qalma "düşmən dövlət" adlandırılan müddəalardan gedir. Əvvəlcə məsələni aydınlaşdıraq. BMT Nizamnaməsinin 53, 77 və 107-ci maddələrində II Düny

30 sentyabr
.

Böyük Qələbəyə gedən yolun müjdəçisi

İşğal illərində Cəbrayılın 1 şəhər, 4 qəsəbə və 92 kəndi təcavüzkar ölkənin əsarətinə keçmiş, rayona təxminən 13,9 milyard dollar məbləğində ziyan dəymişdir. Erməni vandalizminin ağlasığmaz dağıdıcı təsirlərinə məruz qalan rayonun 1050 kv. km-lik ərasindəki 52 min nəfər əhalinin əmlakı və sərvəti, eləc

1 oktyabr
.

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən forum Bakı Konqres Mərkəzind

1 oktyabr
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

30 sentyabr