İlham Əliyev Si Cinpini təbrik etdi

İlham Əliyev Si Cinpini təbrik etdiPrezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.

Sonxeber.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə sizi və sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Çin Xalq Respublikasının sizin qətiyyətli liderliyiniz və yürütdüyünüz uzaqgörən strateji kurs sayəsində milli rifah, sosial-iqtisadi və elmi-texniki tərəqqi, innovativ inkişaf və digər aparıcı sahələrdə qazandığı tarixi nailiyyətlər və uğurlar böyük rəğbət doğurur. Bu gün Çin qlobal miqyasda ən qüdrətli dövlətlər sırasında öz layiqli yerini tutaraq mühüm və nüfuzlu güc mərkəzi statusunu qazanmışdır.

Biz dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk. Aramızda formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və anlaşma, ölkələrimizin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstək Azərbaycan-Çin münasibətlərinin səciyyəvi cəhətlərindəndir. Dövlətlərarası əlaqələrimizin tamamilə yeni tarixi mərhələyə - hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qəti siyasi iradəmizin və birgə ardıcıl səylərimizin parlaq praktiki ifadəsidir.

Son dövrdə ikitərəfli əlaqələrimizin salnaməsi mühüm hadisələrlə zəngin olmuş, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlığımız dinamik inkişaf edərək yeni mahiyyət kəsb etmişdir. Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan vermişidir.

Eyni zamanda təşəbbüskarı olduğunuz və Azərbaycanın da daim dəstək verdiyi "Kəmər və yol" layihəsi, o cümlədən Orta Dəhliz və Mərkəzi Asiya ölkələri ilə birlikdə həyata keçirilən digər bağlantı layihələri qlobal əməkdaşlığın mühüm amilləri olaraq çıxış edir.

Məmnunluqla qeyd edirəm ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Ölkənizin aparıcı "Universal Energy" şirkətinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirdiyi səmərəli fəaliyyət təqdirəlayiqdir. Bu yaxınlarda şirkətin inşa etdiyi "Qobustan" Günəş Elektrik Stansiyasının açılışı Azərbaycan-Çin iqtisadi əlaqələrinin şaxələndirilməsinin növbəti nümunəsidir.

Hörmətli cənab sədr, əminəm ki, qədim tarixə və xoş ənənələrə malik Azərbaycan-Çin dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlığı xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və daha da güclənməyə davam edəcəkdir.

Bu bayram günündə sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 141   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımında

1 oktyabr
.

Azərbaycan xalqının qəhrəmanlıq və şücaət təcəssümü

23 avqust 1993-cü il tarixində sahəsi 104980 hektar olan Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunmuşdu. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılmışdır. İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülü

1 oktyabr
.

4 Oktyabr - Cəbrayılın azad edildiyi gündür

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlad. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanl

30 sentyabr
.

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən forum Bakı Konqres Mərkəzind

1 oktyabr
.

İlham Əliyev xanımı ilə sərgidə - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi il

30 sentyabr
.

İnkişafa, tərəqqiyə gedən yolun başlanğıcı

Xalqı tarixdə yaşadan onu yetirdiyi böyük şəxsiyyətlərdir. Azərbaycan xalqının yetirdiyi şəxsiyyətlərdən biri də xalqımızın böyük oğlu, Ulu Öndər, türk dünyasının fəxri Heydər Əliyevdir. Mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, təhsilinin zənginləşdirilməsinə, gənclərin fizik

1 oktyabr
.

Vətən müharibəsinin ilk böyük qələbəsi - Cəbrayılın işğaldan azad olunması

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 6-cı ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri,

1 oktyabr
.

Ulu Öndər Heydər Əliyev və milli qurtuluş

Azərbaycan tarixinin ən mühüm və taleyüklü səhifələrindən biri milli qurtuluş yolunun başlanması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlıdır. Bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhəl

1 oktyabr
.

Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi

Azərbaycanın Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev - müstəqil, müasir Azərbaycan dövlətinin qurucusu, xilaskarı, tarixi şəxsiyyət. Hər bir Azərbaycan vətəndaşının qürurla yad etdiyi vətənini, xalqını sevən, hər zaman hörmətlə andığımız qurucu şəxsiyyət, örnək liderdir. Heydər Əlirza oğlu Əliye

1 oktyabr