Cəbrayıl - azadlığa qovuşan ilk şəhər

Cəbrayıl - azadlığa qovuşan ilk şəhərCəbrayıl şəhərinin azadlığına qovuşmasından altı il ötür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il oktyabrın 4-də xalqa verdiyi "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir.

Cəbrayıl düşmən tapdağından xilas edilən ilk şəhər idi. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl rayonunun kəndləri bir-bir işğaldan azad edilirdi. Dövlət başçısı bu sevincli xəbərləri xalqla bölüşürdü.

İlk gündə rayonun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də isə Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixdə isə Cəbrayıl şəhəri ilə yanaşı, rayonun 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal qüdrətli ordumuz tərəfindən işğaldan azad edilmişdi.

Cəbrayıl şəhərinin azadlığı, Azərbaycan bayrağının qaldırılması ordumuzu daha əmin addımlarla irəliyə doğru aparırdı. Ümumilikdə bu əməliyyatlar zamanı Cəbrayıl şəhəri və rayonun 90 kəndi işğaldan azad edildi. Həmçinin Azərbaycanın İranla dövlət sərhədinə nəzarət qismən bərpa edildi.

Tarixə nəzər: 1930-cu ildə təşkil edilən Cəbrayıl rayonu 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib. 17 iyun 1964-cü ildə ayrıca rayon kimi yenidən yaradılıb. Rayon 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi.
1994-cü il 5 yanvar tarixdə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilsə də, kənddə yaşayış mümkün olmayıb. 2016-cı il Aprel döyüşlərində Azərbaycan

Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad ediləndən sonra Cocuq Mərcanlı kəndi ordumuzun nəzarətinə keçib. Vətən müharibəsinə gedən yolun başlanğıcı hesab edilən Aprel döyüşləri işğal dövründən sonrakı ilk genişmiqyaslı əməliyyat idi. Dörd gün davam edən savaşda Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqeləri düşməndən azad etmişdi. Strateji əhəmiyyətli yüksəkliklərin nəzarətimizə keçməsi böyük əhəmiyyət kəsb edirdi.

2020-ci il noyabrın 16-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azadlığa qovuşmuş müqəddəs torpaqlara ilk səfərləri də elə Cəbrayıl şəhərindən başladı. Ölkə rəhbəri Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı.

Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı qələbənin zirvəsi sayılan Şuşaya yol çəkilişi ilə bağlı göstərişini də verdi. Zəfər yolunun əsası elə bu səfərdə qoyuldu.
Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş hər bir rayonda bərpa və yenidənqurma işləri sürətlə həyata keçirilir. Quruculuq işləri dövlət başçısının birbaşa nəzarətindədir.

Cəbrayıl da 27 il ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılan rayonlarımızdandır. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. Cəbrayılın işğaldan azad olunmasının ilk ilində Prezident Cəbrayıla səfər edərək, orada bir sıra təməlqoyma tədbirlərində iştirak edib "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsasını qoydu. Ölkə rəhbəri eyni zamanda 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak etdi. Həmin səfərində cəbrayıllılarla görüşən Prezident İlham Əliyev qələbənin önəmindən söz açaraq Cəbrayılın azad olunmasından sonra işğal altında olan digər rayonlara uğurlu addımların mümkün olduğunu bildirdi.

Bəli, Cəbrayıldan sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsinin işğalçılardan təmizlənməsinə şərait yarandı. Qüdrətli ordumuz bu şəraitdən məharətlə istifadə edərək irəlilədi. Beləliklə, hərbçilərimiz Laçın dəhlizinə tam nəzarəti bərpa edə bildi.

Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin də təməlləri qoyuldu. Ötən il Cəbrayıl Şəhəri Günündən öncə rayona səfər edən dövlət başçısı ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış oldu. Eyni zamanda inzibati binanın təməlini qoydu.
Rayona gediş-gəlişin rahatlığının təmin olunması üçün isə hazırda 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.
2024-cü ilin may ayında Cəbrayıla baş çəkən Prezident İlham Əliyev yeni dörd kəndin - Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin əsasını qoydu. Böyük Mərcanlıda 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları, Karxuluda 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli evlərin, Sarıcallıda 4740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli binaların, Maşanlıda isə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi nəzərdə tutulub.

Bu səfərdə eyni zamanda "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının açılışı baş tutdu. Bütövlükdə, Cəbrayılda adını çəkmədiyimiz neçə-neçə böyük layihələr həyata keçirilir, binaların tikintisi davam etdirilir.

Prezident İlham Əliyevin 2023-cü ilin iyul ayında imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi Cəbrayılın bu gün azadlığının təntənə günüdür. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla qeyd edirlər.
Tezliklə digər şəhərlərimizin sakinləri kimi, Cəbrayılın sakinləri də bu böyük bayramın sevincini doğma yurdda qeyd edəcəklər.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 246   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

1993-cü ilin 3 oktyabr tarixi qələbə və şərəf salnaməsinin başlanğıc günüdür

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

1 oktyabr
.

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü il oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

1 oktyabr
.

Prezident: "Yerli istehsal olan müdafiə təyinatlı məhsullar beynəlxalq bazarlarda xüsusi maraqla qarşılanır"

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini

30 sentyabr
.

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayo

30 sentyabr
.

Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq

Bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər Ona tariximizin yaddaşına əbədi həkk olunmaq, Öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə v

1 oktyabr
.

Vətənə sədaqətlə xidmət etmiş Ulu Öndər

Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Böyü

1 oktyabr
.

27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edildi. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən

1 oktyabr
.

Bakıda AQEM Media Forumu keçirilir

Bakıda "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumu keçirilir. xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən forum Bakı Konqres Mərkəzind

1 oktyabr
.

"Pekinin mövqeyinə görə, söhbət təkcə hüquqi texniki məsələdən getmir" - BƏHRUZ QULİYEV

"Son günlər Çinlə Yaponiya arasında münasibətlərdə yeni bir mübahisəli mövzu gündəmə gəlib. Söhbət BMT Nizamnaməsində II Dünya müharibəsindən qalma "düşmən dövlət" adlandırılan müddəalardan gedir. Əvvəlcə məsələni aydınlaşdıraq. BMT Nizamnaməsinin 53, 77 və 107-ci maddələrində II Düny

30 sentyabr