4 oktyabr - Cəbrayıl şəhəri günü dövlətçilik tariximizin şanlı səhifəsidir

4 oktyabr - Cəbrayıl şəhəri günü dövlətçilik tariximizin şanlı səhifəsidirÜçrəngli bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində suverenliyi və ərazi bütövlüyü tam bərpa edilmiş yurdumuzun hər qarışında, eyni zamanda düşmən əsarətindən azad edilən torpaqlarda əzəmətlə dalğalanır.
Düşmən işğalından azad edilmiş ərazilərində möhtəşəm bərpa-quruculuq işləri uğurla davam etdirilir. Böyük Qayıdış proqramına uyğun olaraq artıq bir sıra şəhər və kəndlərimizə keçmiş məcburi köçkünlərin qayıdışı reallaşıb.

44 günlük Vətən müharibəsində ilk azad olunan Cəbrayıl şəhərində öz ata-baba ocaqlarına qayıdan soydaşlarımızın sevinci müstəqil Azərbaycanın tarixində qürurverici hadisələrdəndir. 1930-cu ilin avqustunda yaradılan Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən qəsb edilmişdi. İşğaldan əvvəl sahəsi 104980 hektar olan Cəbrayıl rayonu 23 inzibati ərazi nümayəndəliyini, o cümlədən 1 şəhər, 4 qəsəbə, 92 kəndi özündə birləşdirib. İşğal altına düşən digər ərazilərimizdə olduğu kimi, ermənilər Cəbrayıldada sərhəd tanımayan vandalizm əməlləri törədiblər. Bütövlükdə, işğalın fəsadları çox ağır olub. İşğalnəticəsində rayonun 1 şəhəri, 4 qəsəbəsi, 92 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılıb, 132-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələr vandalizmə məruz qalıb. Bununla bərabər, rayon ərazisindəki 13147 fərdi yaşayış evi, 886 ictimai bina, 8 sənaye, 44 kənd təsərrüfatı, 149 mədəniyyət, 91 təhsil, 1 məktəbdənkənar müəssisə, 3 uşaq musiqi məktəbi, 1 Texniki Peşə məktəbi, 77 səhiyyə, 96 məişət xidməti obyekti, 65 rabitə, 56 körpü və s. düşmən əlinə keçmişdi.

Cəbrayıl şəhərinin və bütövlükdə rayonun işğaldan azad edilməsinə gedən yol Cocuq Mərcanlıdan başlayıb. 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. Lakin ətrafdakı yüksəkliklər ermənilərin nəzarətində olduğuna görə kəndhələ də təhlükə altında idi.

2016-cı ildə baş vermiş uğurlu Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi üzərində erməni təhlükəsinə birdəfəlik son qoyuldu. Prezident İlham Əliyev 24 yanvar 2017-ci il tarixində "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Həmin sənədə uyğun olaraq kənddə genişmiqyaslı layihələr həyata keçirilib. Dövlətimizin başçısı 14 iyun 2017-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında şəxsən iştirak edib. Aprel Zəfəri, Cocuq Mərcanlının bərpası tezliklə digər ərazilərimizin də geri qaytarılacağına böyük ümidlər yaratdı. Həmin tarixi anlara isə 44 günlük Vətən müharibəsində şahidlik etdik. Müzəffər Ordumuz Vətən müharibəsinin elə ilk günlərindən düşmən üzərində üstünlüyü ələ aldı. Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildi.

2020-ci il oktyabrın 4-də Prezident, Ali Baş Komandan İlham Əliyev sosial şəbəkədə Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı paylaşını etdi: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit Prezidentin Sərəncamına əsasən, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Prezident İlham Əliyev dəfələrlə azad olunmuş Cəbrayıl rayonuna səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" üzrə işğaldan azad edilmiş digər şəhər və kəndlərdə olduği kimi Cəbrayıl rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Artıq Cəbrayıl şəhəri sakinlərini qoynuna alıb, insanlar öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıblar.

4 oktyabr həm də Cəbrayıl Şəhər Günüdür. Bu tarixi günü xalqımız təntənəli şəkildə qeyd edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan cəbrayıllıların bir-birini əvəz edən köç karvanları, ata-baba ocaqlarından ucalan şən qəhqəhələr uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini iftixar və sevinc hissi ilə doldurur.

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 466   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Ho Şi Minin məqbərəsinə baş çəkdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnamın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyu

20 noyabr
.

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna

20 noyabr
.

Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanı

21 noyabr
.

Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:

20 noyabr
.

Mariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini

17 noyabr
.

Prezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:

21 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Prezident İlham Əliyev: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir"

"Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirib. "Tikinti və infrastrukturun inkişafı, həmçini

19 noyabr
.

Azərbaycan-Vyetnam münasibətlərində yeni mərhələ: Əməkdaşlıq hansı istiqamətlərdə genişlənəcək?

"Azərbaycan-Vyetnam əməkdaşlığı tarixində yeni səhifə açılır. Bunun zəruriliyi bir neçə amillə izah olunur. İlk növbədə, Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə və möhkəm köklərə malik olduğunu qeyd etmək lazımdır. İkinci Dünya müharibəsindən sonra əsası qoyulan əlaqələr ötən 80 il

20 noyabr