"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - FotoXalq artisti Mənsum İbrahimovun doğum günüdür.

Axşam.az xəbər verir ki, xanəndənin oğlu İbrahim atasının doğum günü münasibətilə paylaşım edib.

İbrahim İbrahimov sosial media hesabında atası ilə arxiv və yeni fotolarını yayımlayaraq ona xoş arzularını çatdırıb:

"Deyirlər ki, oğul ailənin düşmən çəpəridir. Lakin o çəpəri daha da möhkəm və sarsılmaz edən ailənin ulu və köklü çinarı olan əziz və dəyərli atam, yeni yaşında sənə uzun ömür, möhkəm can sağlığı, işlərində bol uğur və müvəffəqiyyətlər arzulayıram.

İstər oturuşunla, istər duruşunla, həm sənət aləmində, həm də şəxsi həyatında hər zaman insanların hörmət və rəğbətini qazanmısan. Sənin qazandığın hörmət və etimad mənim üçün də böyük qürur mənbəyidir. Sən hər şeyin ən yaxşısına və ən gözəlinə layiqsən. Mən fəxr edirəm ki, sənin kimi sözübütöv və mərd kişinin oğluyam. Doğum günün mübarək olsun, əziz atam! Allah səni başımızın üstündən əskik etməsin".

"Fəxr edirəm ki, sənin kimi mərd kişinin oğluyam" - Foto


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 700   Tarix: 01 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?

Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq. Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun

26 avqust
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust
.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Xan Şuşinskinin qızı: Atamın səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı qalıb (FOTO)

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır, unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, mill

20 avqust
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand

9 sentyabr
.

Atasının vəfatından sonra bu fotonu paylaşdı

Opera müğənnisi, Əməkdar artist Azər Rzazadə ötən gün vəfat edən atası - Xalq artisti Zaur Rzayevlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, "Instagram" hesabında atası ilə birgə illər öncə çəkdirdiyi fotonu paylaşıb. Qeyd edək ki, 74 yaşlı Xalq artistinin səhhətində bi

30 oktyabr
.

Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Onun ölüm səbəbi məlum deyil

25 oktyabr
.

Yuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər

Yuğ Dövlət Teatrının aktyorları 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçilər bayram münasibətilə video paylaşaraq həmvətənlərinə xoş arzularını çatdırıb. Onlar çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və qəhrəmanlıq rəmzi olduğunu vurğulayıb

7 noyabr