Mənsum İbrahimov yenidən "Məcnun" olacaq?
Azərbaycan Opera və Balet Teatrı yeni mövsümü "Leyli və Məcnun" tamaşası ilə açacaq. Tamaşa sentyabrın 16-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru isə Nicat Kazımovdur. Baş rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun) çıxış edəcəklər.
Xalq artisti Mənsum İbrahimov Qaynarinfo-ya açıqlamasında artıq bir neçə ildir ki, meydanı gənclərə verdiyini vurğulayıb:
"Mən ildə bir dəfə "Məcnun" rolunu ifa edirəm. O da gənclərə bir ustad dərsi kimi təqdim olunur. Bu opera yanvarın 12-də yaranıb. Mən də həmin günü tamaşaçıların xahişini nəzərə alaraq "Məcnun" rolunda səhnəyə çıxıram. Bu gün isə hər ay tamaşa oynanılır. Biz mütəmadi olaraq hər ay nümayiş olunan tamaşalara gedirik, gəncləri dəstəkləyirik".
Mənsum İbrahimov hazırda səhnədə 9-10 gənc "Leyli" və "Məcnun"un olduğunu bildirib:
"Onların hər birinin ifası bizim üçün maraqlıdır. İnanıram ki, yaxın gələcəkdə "Leyli" və "Məcnun"larımızın sayı artacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ulduzlu Gecə"nin 137 illik sirri açıldı - Fotolar
Niderlandlı dahi rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi məşhur "Ulduzlu Gecə" tablosunda təsvir etdiyi səmanın real astronomik müşahidələrlə üst-üstə düşdüyü müəyyən edilib. Yeni araşdırma rəssamın əsəri nə vaxt yaratdığı və üzərində nə qədər müddət işlədiyi ilə bağlı müzakirələrə yen
23 oktyabrYuğ Dövlət Teatrının aktyorları Zəfər Günü münasibətilə xalqı təbrik ediblər
Yuğ Dövlət Teatrının aktyorları 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçilər bayram münasibətilə video paylaşaraq həmvətənlərinə xoş arzularını çatdırıb. Onlar çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün qürur və qəhrəmanlıq rəmzi olduğunu vurğulayıb
7 noyabrŞair Çingiz Əlioğlu dəfn olunub
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi Təzə Pir məscidində keçirilib. xəbər verir ki, şairin nəşi dəfn olunması üçün "Qurd Qapısı" qəbiristanlığına gətirilib və torpağa tapşırılıb. Dəfn mərasimində şairin yaxınları, dostları, sənət yoldaşları iştirak ediblər
10 avqustAleksandr Şarovski ilə vida mərasimi keçirilir
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, vida mərasimi Rus Dram Teatrında baş tutur. Vida mərasimində mərhum sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, 78 yaşlı A. Şarovski b
9 sentyabrƏməkdar artist komaya düşüb
Uzun illər Azərbaycan Radiosunda çalışmış Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə sentyabrın 1-də koma vəziyyətində reanimasiyaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya onun qızı Gültən Ramazanova məlumat verib. O bildirib ki, 95 yaşlı Sevda Saleh Nizami Tibb Mərkəzində müalicə alır
7 sentyabr"Evdə tək"in aktyoru vəfat etdi
Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin
27 avqustŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabrŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustİlham Namiq Kamal xalqı Zəfər Günü münasibətilə təbrik etdi
Xalq artisti İlham Namiq Kamal 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, sənətçi bayram münasibətilə sosial şəbəkə hesabında video paylaşıb. O, çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbədən danışıb və Ali Baş Komandanı, hərbçilər
7 noyabr