Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"
"Ermənistan Konstitusiyasının dəyişdirilməsi, xüsusən də Azərbaycana qarşı ərazi iddialarının çıxarılması kimi son yekun məqamı gözləyirik".
Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü - CAMCA Regional Forumunda deyib.
O bildirib ki, bundan sonra yekun sülhün imzalanması və ya yekun sülh sazişi bir reallığa çevriləcək:
"Qafqazda sülh və təhlükəsizliyə nail olmuşuq. Əgər Qafqazda təhlükəsizlik və sülh təmin olunmasaydı, ehtimal ki, bölgəmizdə daha fərqli proseslər və fərqli reallıqlarla qarşılaşa bilərdik. Çünki daha geniş Yaxın Şərq regionunda gördüyümüz qeyri-sabitlik potensial olaraq bizim regiona da yayıla bilərdi. Bura öz immun sisteminə malikdir və uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi artıq həll olunub. Azərbaycan da Yaxın Şərqdəki regional proseslərdən narahatdır. Mövcud durğunluğun dinc və danışıqlar yolu ilə həlli üçün hər hansı bir perspektiv görmədiyimizə görə təəssüf edirik. Lakin biz özümüzü ətraf regionda uzunmüddətli ehtimal olunan qeyri-sabitliyə qarşı hazırlayırıq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 341 Tarix: 02 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Ho Şi Minin məqbərəsinə baş çəkdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnamın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyu
20 noyabrAzərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama noyabrın 19-da başlayan rəsmi səfərinə bu ölkənin mediası böyük diqqət ayırıb. AZƏRTAC xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetna
20 noyabrKəlbəcərin işğaldan azad olunması tarixi hadisədir
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə Bəyanatla 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu, düşmən sülhə məcbur edildi. Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonları siyasi yolla Azərbaycana qaytarıldı. Kəlbəcər Azərbaycanı
21 noyabrArzu və Leyla Əliyevalar Vyetnamda - Foto
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:
20 noyabrMariam Kvrivişvili İlham Əliyevin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilini
17 noyabrPrezident həmkarı ilə geniş tərkibdə görüşdü - Fotolar - Yenilənib
Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. *. Görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam deyib:
21 noyabr