Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar.
"Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib.
Nümayəndə heyətinin Şuşa ilə tanışlığı Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərindən başlayıb.
Aİ Şurasının nümayəndələri daha sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.
Səfər çərçivəsində xarici nümayəndələr Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.
Qonaqlar, həmçinin Şuşanın qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Nümayəndə heyəti Şuşada Qazançı kilsəsi ilə də tanış olub.















Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Azərbaycanda bəzi kolleclər ləğv olunacaq
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Mehriban Rəhimliyə hökm oxundu
"Xəstəxanada sistem üç gündür işləmir" - Şikayətə TƏBİB-dən cavab - Video
Aqşin Fatehə ağır itki